Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Putin Ərdoğanı hədələyib

 




      "Xeberinfo.com": Rusiyanın tanınmış gündəlik ingilis dilli "Moscow times” qəzeti Türkiyə prezidenti Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin bu günlərdə baş tutan telefon danışığına dair sensasiyalı məlumat yayıb. Qəzet iddia edib ki, Ərdoğan, Bəşər Əsədin rəhbərlik etdiyi Suriya hökumətinə qarşı "döyüşkən” çıxışlarından növbətisini Putinlə telefon danışığında edib. O, rusiyalı həmkarı Putinlə apardığı telefon danışığında deyib ki, Türkiyə artıq elə bir həddə gəlib çatıb ki, bundan sonra onlar insanların kütləvi qırılmasına biganə qala bilməzlər. Ərdoğanın bu sözləri Putini xeyli dərəcədə hiddətləndirib. Putin xəbərdarlıq tonunda Türkiyənin bundan sonra Suriyanın daxili işlərinə qarışmaması gərəkdiyini bildirərək, əlavə edib ki, əks təqdirdə Rusiya Türkiyənin regionda fəlakətli müharibənin qızışdırılması istəyinin qarşısını alacaq. Rusiya prezidentinin bu sözlərindən çaşqınlıq keçirən Ərdoğan, Putindən soruşub ki, onun bu sözləri Türkiyəyə qarşı birbaşa təhdid mənasına gəlmirmi?
Öz cavabında isə Putin deyib: ”Cənab prezident! Siz mənim sözlərimi necə istəyirsinizsə, elə də qəbul edin!”
    Rusiya prezidenti acı bir fakt kimi on minlərlə insanın ölümünə səbəb olmuş Suriya böhranında Türkiyənin "səhv və aqressiv” siyasətinin, eləcədə, "böyüklük maniyasına mübtəla olmuş prezident Ərdoğanın” cihadcı terrorçular üçün Türkiyə ərazisindəki təhlükəsizlik zonalarında təlim düşərgələrinin yaradılmasını xatırladıb.
Osmanlı imperiyası və müasir Türkiyənin ictimai-siyasi tarixi üzrə tanınmış mütəxəssis İsmət Bayraktar bu məsələ ilə əlaqədar bildirib ki, Ərdoğan müharibə aparan Suriya prezidentinə güclü hərbi və siyasi dəstək verən Putini bu siyasətdən imtina etməyi razı salmağa çalışıb, ancaq bəlli olur ki, hələki Moskva onu tam qane edən Əsəd rejimindən daha etibarlı birisini görmür. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam