Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Binəqədi rayonunda da Dövlət Bayrağı Günü qeyd edilib

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"Xeberinfo.com":  Noyabrın 7-də Binəqədi rayonunda 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Qənirə Paşayeva, Madər Musayev, Rafael Cəbrayılov, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, əsgərlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

RİH başçısı, qonaqlar və tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş və dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirmişlər.





 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında gerçəkləşən bayram tədbirində dövlət himni səslənmişdir. Tədbirin rəsmi hissəsində çıxış edən millət vəkili Qənirə Paşayeva qürur mənbəyimiz olan bayrağımıza bəslənən sevgidən danışaraq öz səmimi hisslərini ifadə etmişdir. Millət vəkili bayrağa olan sevgini Vətən sevgisiniin əsas şərti kimi, bayrağı, Vətəni qorumaq və onun maraqlarını hər şeydən üstün tutmaq olduğunu diqqətə çatdırdı.


     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bayram tədbiri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun çıxışı ilə davam etmişdir. Tədbirin mahiyyətinə xas rəsmiyyətlə yanaşı, RİH başçısı çıxışında səmimi hisslərin ifadəsi də aydın sezilirdi. X.İsgəndərov bayrağa, Vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanmasının hər kəsin vəzifəsi olmasına toxunmuş, bu vəzifənin layiqincə yerinə yetirilməsində ən böyük örnəyi Prezident İlham Əliyevin göstərdiyini vurğulamışdır. RİH başçısı demişdir ki, ölkə rəhbərinin Azərbaycanın tərəqqisi və çiçəklənməsi uğrunda yorulmaz fəaliyyətininəsasında məhz Vətən sevgisi dayanır.

Bədii hissə ilə yekunlaşan bayram tədbirində respublikanın xalq artisti Azər Zeynalovun ifasında səslənən bir-birindən gözəl və vətənpərvərliyi tərənnüm edən mahnılar tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

 





 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam