Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Orta məktəb şagirdləri üçün yenilik


    Bakıda orta məktəb şagirdlərinin yerdəyişməsinin elektron formada aparılması nəzərdə tutulur. 

   "Xeberinfo.com": Bunu Trend-ə eksklüziv açıqlamsında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev deyib.

     Onun sözlərinə görə, gələn dərs ilindən şagirdlərin məktəblərə qəbulu elektron formada aparılacaq: “Əgər çatdırsaq , onların yerdəyişməsi də elektron qaydada aparılacaq. Bakı məktəblərində şagirdlərin qəbulu ilə bağlı yerlərdə, məktəblərdə müəyyən problemlər, neqativ hallar yaranır. Bunların hamısının aradan qaldırılması üçün belə bir mexanizmdən istifadə edilir”.

     E.Əliyev bildirib ki, növbəti dərs ilindən müəllimlər üçün dərs bölgüsü də elektron formada aparılacaq. Elektron dərs bölgüsü aparılarkən müəllimlərin builki sınaq qiymətləndirməsinin nəticələrindən istifadə edilməsi nəzərdə tutulub. Ancaq bölgü aparılarkən bununla yanaşı, başqa amillər də nəzərə alınacaq. Bu amillərin nələrdən ibarət olacağını hələ açıqlamayan idarə rəsmisi hazırda bu istiqamətdə iş aparıldığını qeyd edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam