Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

AYDIN ƏLİYEV DƏ ASTARA GÖMRÜYÜNDƏ SAXLANAN MALI BURAXDIRA BİLMƏYİB!

 

00CB4748-ACEA-4914-879D-D3BECCB898E2_w640_r1_cx0_cy3_cw84_s

Kafelləri gömrükdə saxlanan sahibkarlar məhkəmə yollarında qalıblar- ölkəyə bu malların gətirilməsi qadağandır?

     "Xeberinfo.com": Astara gömrüyündə İrandan kafel gətirərkən saxlanan yük maşınlarının sayı artır. Həmin maşınlar Astara terminalının həyətində gözləyir. Gömrükdə saxlanan 07 BD 136 dövlət nömrə nişanı olan «Kamaz» markalı yük maşının sürücüsü Vidadi Abbasov Azadlıq Radiosuna deyib ki, burda artıq 8 aydır kafellə dolu başqa yük maşını da var. Həmin maşının nömrəsi isə onun deməsinə görə, belədir: 07 BA 573. Həmin maşının taleyi ilə bağlı bir qədər sonra.
    Vidadi Abbasov deyir ki, onun yük maşını gömrükdə ötən aydan saxlanır: «Mən sentyabrın 7-də maşınıma «Ulduz» MMC-nin yükünü vurmuşam. Astara gömrük məntəqəsində məni saxladılar. Səbəbini bu günə qədər bilmirəm.» Sürücünün dediyinə görə, boş keçən günlərlə bağlı sahibkarla danışıq aparmayıb. Buna görə də iki aya yaxındır ki, qazancı yoxdur.
    Vidadi Abbasovun sözlərinə görə, bu vəziyyətlə bağlı müraciət etmədiyi yer qalmayıb:«Dəfələrlə hörmətli prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova müraciət eləmişəm. Dövlət Gömrük Komitəsinə, şəxsən Aydın Əliyevə müraciət etmişəm. Bugün ayın 23-dür. Ayın 26-da məhərrəmlik girir. Mənim 3 xəstə nəvəm var. Azərbaycan Rusiyanın Astarxan şəhərində bağça tikir. Mən burda acından ölürəm. Mənim kimiləri çoxdur, saymaqla qurtarmaz».
Vidadi Abbasovun deməsinə görə, işlətdiyi maşın köhnədir. Təmiri böyük xərc istəyir. Yük altında çox qalanda problemlər yaranır: «Rusdan qalan köhnə «Kamaz» maşındır. 1983-cü ildə buraxılıb. Bu günədək o köhnə maşınla yollardayam, gecələr maşında yatıram, bu yaşda. Buna da razıyam. Heç olmasa buna imkan versinlər. Heç olmasa nəvələrimi böyüdüm. Heç kim heç yerdə işləmir. 9 baş ailənin başçısıyam».
O deyir ki, gömrükdə səbəbsiz saxlanan 4 yük maşını haqqında məlumatı var: «4 maşındır hal-hazırda. Bilmirəm bu işlərin axırı nə olacaq».

«DEYİR BİZƏ HESAB VERMƏSƏ BURAXMAYACAĞIQ»

34«Ulduz» firmasının rəhbəri Mədət Pənahov deyir ki, hər dəfə yük maşınlarını heç bir səbəb olmadan Astara gömrüyündə saxlayırlar. Onun sözlərinə görə, gömrük işçiləri yük maşınlarının birini buraxıb:«Gömrük qeydiyyatdan keçirib, buraxıb. Gömrüyün içində monopolistin biri var, sürücülərdən sənədləri alıb vermir. Deyir bizə hesab verməsə buraxmayacağıq. Vergi olan yerdə, gömrük olan yerdə hesab verərlər?» Sahibkarın dediyinə görə işə qanunsuz müdaxilələr, maneələr çoxdur: «Biz maneələrlə mübarizə aparmağa adət eləmişik. Sovet hökumətinin dövründə aparmışam, bu gün də belədir». Mədət Pənahov yada salır ki, Astara gömrüyündə saxlanan yük maşınlarla bağlı məhkəmələrdə iş gedir: «3 maşınım var Astarada. Bir maşını Bakı yolunda saxlayıblar, sənədini burda vermirlər. Bunları vermişəm məhkəməyə».

“AYDIN ƏLİYEVƏ DEDİM, AMMA..”

3v«Arçun» kiçik müəssisəsinə məxsus kafel dolu yük maşını da artıq 8 aydır ki, Astara gömrüyündə saxlanır. Müəssisənin direktoru Yunus Orucov da bununla bağlı məhkəməyə müraciət edib. İki instansiya məhkəməsi gömrüyün xeyrinə qərar çıxardıb. Yunus Orucov deyir ki, indi Ali məhkəməyə hazırlaşır: “İndi Ali məhkəməyə verəcəyəm. Bunlar gömrüyə zidd qərar çıxarda bilmirlər. Mən nə qəbahət edirəm ki? Mən burda prezidentin fərmanına, bazar iqtisadiyyatının qanunlarına uyğun olaraq mal gətirmişəm. Dövlətin də büdcəsinə pul verirəm ki, malımı çıxardıb satım. Dövlətin də rüsumu verilib. Mənim günahım nədir burda? Bu qanunsuz iş deyil. Maldır, gətirirəm, satıram. Nə qəbahət etmişəm ki?»
Sahibkarın sözlərinə görə yükün bütün sənədləri düzdür və ekspertiza da bunu təsdiq edir. Lakin məhkəmə düzgün qərar çıxartmaqdan qorxur. Onun sözlərinə görə, Gömrük Komitəsinin sədri Aydın Əliyev avqustun 29-da Lerikdə şikayətçiləri qəbul edərkən orda olub. Komitə sədrindən ona kömək etməsini xahiş edib. Şikayətdən sonra Astara gömrüyündən ona zəng ediblər, ancaq yenə danışıqlar alınmayıb.

Dəfələrlə Gömrük Komitəsinin Çağrı mərkəzinin 192 telefon nömrəsinə zəng etsək də, oradan hər hansı cavab ala bilmədik. Halbuki, bir müddət öncə «Arçun» kiçik müəssisəsinin mallarının saxlanması ilə bağlı Çağrı mərkəzi ilə danışa bilmişdik. O vaxt komitənin Çağrı mərkəzindən bizə bildirmişdilər ki, həmin məsələ araşdırılcaq.

Sonda qeyd edək ki, sahibkarın birbaşa Gömrük Komitəsinin sədri Aydın Əliyevə şikayətindən sonra da probleminin həll olunmaması maraq doğurur. İş adamının dediklərindən belə məlum olur ki, Aydın Əliyevə şikayətindən sonra Astara gömrüyündən ona zəng ediblər. Bu isə Gömrük Komitəsinin sədrinin problemi həll etməyə çalışdığını göstərir. Ancaq görünür, sahənin monopolisti Aydın Əliyevin sözünü belə geri çevirib. Elə sahibkarın dediklərindən də belə məlum olur ki, malını Azərbaycana buraxmayan inhisarçının gömrükdəki təmsilçiləridir: “Gömrüyün içində monopolistin biri var, sürücülərdən sənədləri alıb vermir. Deyir bizə hesab verməsə buraxmayacağıq.”

Maraqlıdır, Gömrük Komitəsinin sədrinın belə sözünü geri çevirən, onun sahibkara verdiyi sözü yerinə yetirməsinə imkan verməyən və beləliklə də nüfuzuna ciddi zərbə vuran bu İNHİSARÇI kimdir? Kafel sahəsi hansı OLİQARXIN nəzarətindədir?

İNHİSARÇILARIN TƏMSİLÇİLƏRİ “TRANS BROKER” MMC-NİN İŞÇİLƏRİ KİMİ FƏALİYYƏT GÖSTƏRİR

broker-300x224Onu da qeyd edək ki, müxtəlif sahələri inhisarda saxlayan oliqarxların gömrük postlarındakı təmsilçiləri “Trans Broker” MMC-nin işciləri kimi fəaliyyət göstərirlər. Qeyd edək ki, gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən “Trans Broker” MMC Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsaslanaraq yaradılıb. Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranzitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. “Trans Broker” MMC də himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edir.
“Trans Broker” MMC-nin iş prinsipi – sahibkarlardan “haqq” yığma metodu da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti xüsusi hesablara yönəldir.
Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. Əgər gömrüyün təxminən 3000 nəfər işçısi varsa, “Trans Broker” MMC-nin 5 minə yaxın əməkdaşı var.
Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə «haqq» ödəməlidir. Bu şəbəkəyə Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və pulu da onlar alıb “mərkəzə” ötürür. Onlar oliqarxların maraqlarına uyğun olaraq, idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan qeyri-rəsmi vəsait isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır. Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlkov 1000-4000 dollar arası «paket» sistemi ilə maaş verir. Oliqarxların təmsilçiləri əlavə olaraq öz sahiblərindən də aylıq «paket» alırlar.
Bazardakı qiymət kimi, onun iştirakçılarını da bu brokerlər müəyyənləşdirir. Yəni, istədikləri iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilirlər. Sahibkarların narazılıqları isə gömrük-keçid məntəqəsindən o yana keçmir.

İŞ ADAMLARINA ÖLKƏYƏ KAFEL VƏ LAMİNANT GƏTİRMƏK QADAĞAN EDİLİB

1210-300x220Qeyd edək ki, bir müddət bundan əvvəl “Azpolitika.info”ya müraciət edən sahibkarlardan biri – “Aztexnika” MMC-nin direktoru Vüsal Hacıyev şəxsən Əbülfəz Məlikovun özünün ona ölkəyə kafel və laminat gətirilməsinin qadağan edildiyini söylədiyini bildirmişdi: “Təxminən 2 ay öncə də belə bir problem yaşamışdım. O zaman “Trans Broker” MMC-nin direktoru Əbülfəz Məlikovla görüşmüşdüm. O mənə açıq şəkildə bildirdi ki, bu malların Azərbaycana gətirilməsi qadağandır. O zaman prezidentə müraciət etdikdən sonra malımı buraxdılar.”
Astara gömrüyündə İrandan kafel gətirərkən saxlanan yük maşınlarının sayının artması bunu bir daha təsdiqlədi.
Bu fakt həm də bir daha “Trans Broker” MMC-nin direktoru Əbülfəz Məlikovun Dövlət Kömrük Komitəsinin sədri Aydın Əliyevdən daha səlahiyyətli şəxs olduğunu sübut etdi. Təsadüfi deyil ki, Əbülfəz Məlikov hakimiyyətin qeyri-rəsmi nazirlərindən biri hesab edilir.

BROKERLƏR İŞ ADAMLARINI CİNAYƏTƏ MƏCBUR EDİRLƏR

5nn “Trans Broker” MMC iş adamlarının idxal etdiyi məhsuldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70 faizini əvvəlcədən rüşvət şəklində onların əlindən alır. Ancaq bununla da kifayətlənməyib, iş adamlarını cinayətə məcbur edir, onları gətirdikləri malın dəyərini rəsmi bəyannamədə dəfələrlə aşağı göstərməyə təhrik edirlər.
Təsadüfi deyil ki, əvvəllər idxal olunan mallara görə, şirkətlər internet vasitəsilə özlərinin sub-uçot hesabından gömrük orqanının hesabına əlavə dəyər vergisi üçün ödəmələr edə bilirdisə, 2009-cu ildən bu qadağan edilib.Tələb qoyulub ki, sahibkar gətirdiyi malın VERGİSİNİ NAĞD ÖDƏMƏLİDİR. Çünki brokerlər ƏDV üçün gömrüklərdə ödəmə aparmaq istəyənlərdən ödəniləcək məbləğin ortalama 50 faizini ayrıca “hörmət” kimi tələb edirlər. Əgər sahibkar malın vergisini depozit hesabından ödəyərsə, onda ödədiyi pulun 50 faizi qədər yenidən əlavə pul verməyə məcbur edilir. Misal üçün, sahibkar gətirdiyi mala görə depozit hesabından 5 min manat vergi ödəyirsə, ondan 2500 manat da əlavə pul alınır. Verməyənlərin malı ölkəyə buraxılmır. Buna görə də sahibkarlar Gömrük Komitəsinin qaydaları ilə razılaşmağa, ya malın böyük hissəsini qeydiyyatdan yayındırmaqla, ya da dəyərini dəfələrlə aşağı göstərməklə dövlətə ödəniləcək rüsumu rüşvətlə birgə təyin olunmuş adamlara verməyə məhkumdurlar.
İş adamlarının dediyinə görə, sahibkarın gətirdiyi 10 manatlıq malın dövlət büdcəsinə köçürülməli olan vergisi nağd şəkildə ondan alınır. Malın qiymətisə sənədlərdə 2 manat göstərilir, dövlətə vergi də həmin o, 2 manatdan ödənilir.
GomrukSahibkar gətirdiyi mala görə rüsumları bank vasitəsilə ödəyirsə və ya alıcı şirkətə bank vasitəsilə pul çıxarırsa, gömrükdə məcbur edirlər ki, həmin malın qiymətini aşağı göstərsin. Yəni, sahibkar idxal etdiyi mala görə, 50 min manat pul köçürürsə, müvafiq gömrük idarəsində tələb edirlər ki, həmin malın qiymətini 8-10 dəfə aşağı, təxminən, 5-6 min manat yazsın.
Məsələn, iş adamlarından birinin dediyinə görə, invoys dəyəri 100 min dollar olan mal “Trans Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min doların gömrük rüsumu və ƏDV-si daxil olur: «Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir».
Və yaxud başqa bir sahibkarın dedikləri: «Moskvadan 2 vaqon parket gətirmişdim. Sumqayit yolunun üstündə olan gömrük idarəsində rəisin yanina girdim. Dedim mənim malim gəlir, amma gecikir. Dedi gecikməməsi üçün gərək bu yandakı otaqdakı adamlarla danışasan.
Dedim bəs Siz buranın rəisi deyilsiz? Güldü… “mən maaşa işləyirəm bala, bu iş mənlik deyi, onlarla danışa bilsən problemin olmayacaq, danışa bilməsən mümkün deyil». Mən getdim deyilən otaga. Otagın adı yox. İçərisindəki adamlarla söhbət etdim. Adları heç yerdə, yox heç yerin işçisi deyillər. Mənə 12500 dollar «Leviy» gömrük haqqı dedilər.
Sonra qayıtdım bu rəisin yanına ki, a kişi bunlar küçə adamlarıdır, mən 12500 pulu buna necə verim, səhər gəlim görüm yoxdur, onda nə edərəm?
O mənə dedi ki, sən 12500 onlara verən kimi mən sənə qəbz verəcəyəm ki, sən bu mal üçün 1800 dollar pul ödəmisən. Və malın buraxılşının bütün xərcləri o 12500-ün içindədi. Hətta inspektor vaqon açılanda gələcək, ona da pul verməyəcəksən. Nə isə, malım yolda idi. Artıq Yalamaya çatmışdı, çarəm qalmadı verdim, 12500 həmin adsız adamlara. O saat mobil telefonla Yalamaya zəng etdilər, mənim vaqonlarım ondan sonra Keşlə yük stansiyasına gəldi. Bir də malımın aşağı qiymətlərlə invoysunu duzəltməyimi istədilər. Mən də düzəldib verdim. Onu da Yalamada rəsmiləşdirdilər. Yəni oranın gömrük möhürü vuruldu, invoysun uzərinə. Bəli, o rəisin dediyi kimi oldu. O saat bütün sənədlərimi bir neçə saatın içində yazdılar. Gömrük sistemi belə işləyir. 12500 – 1800 (dövlətə) = 10700 rüşvət (Əbülfəz Məlikova)».
Belə əməliyyatların sayının minlərlə, gətirilən malların dəyərinin bəzən 10 milyonlarla manatla ölçüldüyünü nəzərə alsaq, büdcədən hər il oğurlanan vəsaitin miqdarı göz önünə gələr. Bunun əlbəttə, alınan rüşvətə dəxli yoxdur, o öz yerində qalır. Bununla da bir tərəfdən dövlətə ödənilməli vəsait mənimsənilir, digər tərəfdən də sahibkar faktiki olaraq açıq cinayətə sövq edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam