Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Leyla Yunus Bakı İstintaq Təcridxanasına qaytarılacaq

Leyla Yunus Bakı İstintaq Təcridxanasına qaytarılacaq

 

 

    Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunusun Bakı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına köçürülməsi müvəqqəti xarakter daşıyır, o, yenidən Bakı İstintaq Təcridxanasına qaytarılacaq.
    "Xeberinfo.com": Bunu “Media forum” saytına vəkil Xalid Bağırov deyib. Xalid Bağırov bildirib ki, Leyla Yunusun MTN təcridxanasına aparılması istintaq hərəkətləri ilə bağlı olub. Vəkilin sözlərinə görə, həmin istintaq hərəkətləri oktyabrın 21-də başa çatıb, bu səbəbdən Leyla Yunus yenidən Bakı İstintaq Təcridxanasına qaytarılacaq. Amma vəkil bunun nə vaxt reallaşacağını dəqiq bilmədiyini söyləyib. Xatırladaq ki, Leyla Yunus iyulun 30-da həbs edilib. 
    Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
  Arif Yunus tutulandan MTN təcridxanasında saxlanır. Leyla Yunus isə oktyabrın 20-də MTN-in İstintaq Təcridxanasına aparılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam