Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Azərbaycandan 12 əcnəbinin ölkəsinə könüllü qayıdışı təmin edilib

 

 Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Argentina Sabadoşla görüşüb


Yenixeber.org: DMX-dan  verilən məlumata görə, görüşdə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak da iştirak edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşün məqsədi DMX-nin əsas beynəlxalq tərəfdaşlarından olan və 2016-cı ildə BMT ailəsinə rəsmən qoşulmuş BMqT ilə əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılması olub.

Xidmət rəisi miqrasiyanın idarəedilməsi sahəsində DMX-nin əsas tərəfdaşlarından birinin BMqT olduğunu və təşkilatın ölkədəki fəaliyyəti çərçivəsində bir çox layihələrin həyata keçirildiyini bildirib.

V.Hüseynov DMX üçün əsas prioritetin mövcud beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsindən, miqrasiya sahəsində Azərbaycanın qlobal səviyyədə mövqeyinin möhkəmləndirilməsindən ibarət olduğunu vurğulayıb.

İcra olunan layihələrin əhəmiyyətinə toxunan Xidmət rəisi Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə çərçivəsində DMX tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatına 16 nəfərlə bağlı, ümumilikdə, 12 sorğu göndərildiyini və həmin şəxslərdən 12-nin öz mənşə ölkəsinə könüllü qayıdışının artıq həyata keçirildiyini deyib.

Argentina Sabadoş təmsil etdiyi təşkilatın 22 ildir Azərbaycanda fəaliyyət göstərdiyinə və 2001-ci ildən Azərbaycanın üzvü olduğu BMqT ilə birgə reallaşdırılan layihələr və onların əhəmiyyətinə diqqət çəkib. Ölkəmizə 2016-cı ildə etdiyi səfərini xatırladıb. Azərbaycanda mövcud olan miqrasiya idarəçiliyi modelinin digər ölkələr üçün nümunə ola biləcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam