Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şərifov Le-Drianla görüşdü:Car ildə...

 
Bu gün maliyyə naziri Samir Şərifov Fransanın Avropa və xarici işlər naziri Jan-İv Le Drian ilə görüşüb


Yenixeber.org: Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, S. Şərifov Azərbaycanın Fransa ilə münasibətlərə böyük önəm verdiyini, hökumətlərarası komissiyanın iki ölkə arasında iqtisadi və maliyyə dialoqunun inkişafında mühüm rol oynadığını bildirib.
Hazırda iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edən maliyyə naziri qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına mühüm töhfə verdiyini söyləyib.
Fransalı nazir isə Fransa və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu, xüsusilə kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə geniş perspektivlər olduğunu qeyd edib.
Görüşdə cari ildə prezident İlham Əliyevin Parisə gözlənilən səfəri ərəfəsində Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti toplantısının keçirilməsinin vacibliyi vurğulanıb. Bundan başqa, tərəflər iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, enerji, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrində əməkdaşlığa dair məsələlər ətrafında müzakirələr aparıb, xüsusilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam