Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Həkimi qətlə yetirənlərə hökm oxundu

Həkimi qətlə yetirən şəxslərə hökm oxunub

 

 

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Türkan Bağırlı, Yasin Ərəbov və Koroğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Xeberinfo.com": APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, K.Məmmədov 15, Y.Ərəbov və T.Bağırılının hər biri 14 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, ötən ilin mayın 25-də tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyevin paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında meyiti aşkarlanıb. Dərhal rayonun hüquq-mühafizə orqanları hadisə yerinə gələrək, hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirib, meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik 19 xəsarət aşkar edilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.5-ci ( tamah məqsədilə qəsdən adam öldürmə) maddələri ilə Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Aparılan ilkin istintaq-əməliyyat tədbirləri nəticəsində C.Həmişəyevə məxsus 90 NU 363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobilin və  şəxsi əşyalarının olmadığı müəyyən edilib. Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində həmin avtomobil gecə saat 2.00 radələrində Bakının 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb. Avtomaşında olan Bağırlı Türkan Sudef qızı, Ərəbov Yasin Mərkəz oğlu və Məmmədov Koroğlu Yusif oğlu tutularaq istintaqa cəlb ediliblər. Onlar ilkin ifadələrində C.Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini etiraf ediblər.
 
Avtomobilə baxış keçirilərkən oradan C.Həmişəyevin şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədərkən geyindiyi paltarları, maşında olan 600 manat, şalvarının cibində olan 70 manat pul K.Məmmədov və Y.Ərəbovdan aşkar edilərək götürülüb.
 
C.Həmişəyevin qətlə yetirilməsində istifadə olunan iki ədəd bıçaq Buzovna qəsəbəsindəki Çingiz Mustafayev küçəsi, dalan 10 ünvanında yerləşən zibillik ərazidən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam