Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“İnama Doğru” dərgisinin 49-cu sayı çıxdı


   "Xeberinfo.com": Mütləqə İnam Ocağının “İnama Doğru” dərgisinin 49-cu sayı çıxıb. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib. 

İnam Ata (Asif Ata) Ocağının aylıq dərgisi olan “İnama Doğru”nun hər sayı ictimai mühitdə maraqla qarşılanır. Dərginin bu sayının baş yazısı “İnam Ata-79” adlanır. 
Elli Atalının İnam Ata ilə “Özünü tamam itirmədən həqiqətə çatmaq olmur” adlı yazısında Atanın həyata, dünyaya, insana özünəməxsus münasibətini ifadə edən fikirləri yer alıb.
 
“İnam Ata Ocağında “Şərqilik” Bayramı keçirilib” yazısında bəşəri siqlətli Ocaq bayramının Ocaqçılarla, İnamçı aydınlarla keçirilmə fərəhindən danışılır.
 
“Azərbaycan Özümlü Şərqin özülü olacaq”: Ocaq Yükümlüsü İşıqlı Atalının bayram münasibətilə ulusu kutlaması belə adlanır.
 
Ocağın Ruhsal Başçısı Safruhun “Şərqilik” bayramında tonqal yörəsində sözündə insanlara Ocağın carı çatdırılır: “Biz ruhsal insanlığı öyürük”.
 
Tanınmış inamçı şair Nurayaz İnamsoyun “İnsan böyükdür” və “İnam Ata yaratsın” şeirlərində Ocağın bənzərsiz ruhu öyülür, şeiriyyətə gətirilir.
 
Safruhun “Ata nəfəsiylə, insan səsiylə şərqləşdik, şərqləşdirdik” yazısında bənzərsiz keçən bayram haqqında duyğuları bölüşülür.
 
Ocaq Yükümlüsü İşıqlı Atalının “İnama Doğru”nu gətirərkən” yazısında “Demək olar, hər ay “İnama Doğru” dərgisi böyük çətinliklərdən sonra əllərimizin, əslində ürəyimizin üstə dünyaya gəlir”- deyə vurğulanır...
 
İnamçımız Məhərrəm Şəmkirlinin “Nurayaz İnamsoy – Ocaq ruhlu şair” yazısında Ocaqlı şeirin gözəl örnəklərini yaratmış Nurayazın yaradıcılığı təhlil olunur.
 
Dərgidə Ocağın Ruhsal Mərkəzində keçirilən Ocaq Ailələrinin toplantısı, 25 Ata ayında keçirilmiş “Ata Günü” içuyumu haqqında da bilgilər diqqəti çəkir.
 

İnamçımız Baba Əhmədlinin “Ocaqçıların insanlaşdırma fəaliyyəti”, İnamyurd Atalının içsəsləri, Sadiq Atalının “Qan yaddaşı” Yolruh Atalının içsəsləri, “Mütləqi dərk etmək” yazısı, İşıqlı Atalının “İnama Doğru”nun 4 yaşı münasibətilə kutlaması və başqa yazılar dərginin bu sayında yer alıb.
Dərgininn sayları ilə Ocağın Ruhsal Mərkəzində və Milli Kitabxanada tanış olmaq olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam