Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

XƏZƏR “BEŞLIYI” ABŞ-a QARŞI

 

35318

    İspaniyanın ”Publico.es” analitik informasiya portalında “Xəzər “beşliyi” ABŞ-a qarşı” adlı maraqlı məqalə dərc olunub. "Xeberinfo.com" AzPolitika.info-ya istinadən məqalənin tərcüməsini təqdim edir.

Bu yaxınlarda Xəzəryanı dövlətlər dünyanın ən böyük gölünün hüquqi statusunu müəyyənləşdirmək üçün toplaşdıqları Həştərxan sammitində birlikdə syasi bəyanat verərək xarici ölkə hərbçilərinin regionda iştirakına “yox” dedilər. Bu, hazırda Azərbaycanda yerləşmiş, Qazaxıstan və Türkmənistan ilə də “Xəzər güvənliyi” proqramı çərçivəsində əməkdaşlığa 135 milyon dollar ayırmağa hazır olan ABŞ-a və həmçinin də İsrailə birbaşa cavabdır. Belə bir addım sübhəsiz ki, Ukraynadakı zərbələrdən və sanksiyalardan sonra Vladimir Putinin qələbəsi sayılmalıdır. Sammitdə Moskva və Tehranın öz aralarında iki tərəfli ticarət ödəmələrinin həyata keçirilməsində dollardan imtina etmələrinə dair razılığa gəlmələri də maraq doğurur. Amma hər halda qonşular, dibində və sahillərində 48 milyard barel neft və 8,7 trilyon kub metr qaz cəmlənmiş Xəzər dənizinin bölünməsi məsələsində razılığa gələ bilmədilər. Sammitdə ”beşlik” Xəzər dənizinin bütün ölkələrini birləşdirəcək dairəvi dəmir yolunun çəkilməsini qərara alıb.

Dəniz və göl – Fərqi var

Xəzəri dəniz hesab etmək olar. Stalinin 1948-ci ildəki əmrinə əsasən tikilən Volqa-Don kanalı sayəsində Xəzər dənizi ilə Azov və Qara dəniz arasında gəmiçilik əlaqəsi yarandı. Bundan sonra isə Aralıq dənizinə sərbəst yol açıldı. Əgər Xəzər dənizdirsə, onda məsələn, ABŞ onun resurslarından istifadə etməyə iddia edə bilər. Ancaq 1940-cı ildə SSRİ ilə İran arasında bağlanmış müqavilədə Xəzər göl adlandırılıb və hər iki ölkə bu hövzədən bərabər səviyyədə istifadə olunmasına da razılaşıblar. Baxmayaraq ki, Lenin adına Volqa-Don kanlı Xəzər gölünü dənizə çevirir, ancaq Rusiya buradan Xəzərə aidiyyəti olmayan ölkələrin keçməsinə qətiyyən icazə vermir. Xəzərin dəniz və ya göl olmasından asılı olmayaraq, üç yeni dövlət -Qazaxıstan, Azərbaycan və Türkmənistan SSRİ-nin 1940-cı ildə İranla imzaladığı müqaviləni qəbul etmirlər. Həmin müqaviləyə əsasən İranın Xəzər dənizində 50%-lik hüququ var. Əslində indiki şərtlər daxilində bu həm ədalətsizlikdir və həm də mümkün deyil. Tehran bütün tərəflərə bərabər şəkildə 20% verilməsini təklif etsə də, buna Rusiya və Azərbaycan razı deyil. Ümumiyyətlə isə söhbət böyük miqdarda neft və qazdan gedir. Moskva İrana qarşı Qazaxıstan və Azərbaycanla birləşərək ona 11%-lə kifayətlənməyi təklif ediblər. İran belə vəziyyətlərdə “real siyasətə” – silah diplomatiyasına əl ataraq, hələ 2001-ci ildə öz iki hərbi gəmisini Azərbaycanın geoloji kəşfiyyat gəmilərinə qarşı göndərmişdi. Hazırda hər iki tərəf həmin ərazilərdə statusun tam şəkildə müəyyənləşməyəcəyi vaxtadək kəşfiyyat işləri aparmamaq qərarına gəliblər.

Ancaq bir şey aydındır ki, dəniz dibindən neft çıxarmaq üçün lazımı texnologiyası olmayan İran bundan sonra Suriya və İraq böhranı fonunda NATO və İsraillə əməkdaşlıq edən Xəzər qonşusu Azərbaycanla mübahisə aparmamağa və nefti öz ölkəsi daxilində axtarmağa məcburdur.

ABŞ qapıdan da girir, pəncərədən də!

xezeryani_420x250ABŞ Azərbaycan və Gürcüstanı öz orbitinə daxil etməklə, Azərbaycan, Türkmənistan hərbi bloku ilə Xəzərin şimal hissəsini (Rusiya, Qazaxıstan) cənubundan (İran) ayırmaq istəyir. Vaşinqton Mərkəzi Asiyanı, Qafqazı və Yaxın Şərqi Avropa ilə birləşdirən Rusiyanın bu təsir zonasında öz iştirakını təmin etmək fikrindədir. Bunun üçün Vaşinqtona aşağıdakılar lazımdır:

- Rusiyanın qoyduğu baryerlərin aşılması. ABŞ “Nabukko” layihəsini işə salmağı və Əfqanıstanı tutmasına baxmayaraq, Türkmənistandan keçəcək “Trans Əfqan” qaz kəmərinin tikintisini həyata keçirə bilmədi.

- ABŞ Moskvanı zəiflətmək məqsədi daşıyan Gürcüstan, Ukrayna, Azərbaycan və Moldava (GUAM) çərçivəsində regional təşkilat yaratmağa cəhdin məglubiyyətə uğradığını etiraf etməlidir.

- Regionda qeyri-Rusiya neft kəmərlərinin sayını artırmalıdır. Hazırda yeganə belə kəmər Bakı-Tbilisi-Ceyhandır və bu da dünya neft bazarındakı tələbin 1%-ini ödəyir.

- Xəzər neftinin kəmərlə daşınması xərci azaldılmalıdır. Hazırda Xəzərdən daşınan hər ton neft 13 avroya başa gəldiyi halda, Fars körfəzində bu göstərici 3 avroya, Şimal Dənizində isə 7 avroya bərabərdir.

- Qafqazdakı siyası sabitsizliyin öhdəsindən gəlinməlidir.

- İran ərazisindən istifadə etməklə, Xəzər dənizi ilə Fars körfəzini qısa və ucuz yolla birləşdirəcək qaz kəmərinin çəkilişinə hər vəclə mane olmaq istəyən İsrail və Səudiyyə Ərəbistanı durdurulmalıdır. Bu istiqamətdə haliyədə fəaliyyətdə olan infrastrukturlardan yararlanmaqla İran-Türkiyə-Avropa qaz kəmərini çəkmək mümkündür. Moskva da Rusiya qazının bu kəmərlə axmasına razı olacaq. ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin məqsədi İrak və Suriyadakı müharibələrin hesabına tikilməsi nəzərdə tutulan İran-İraq-Suriya–Aralıq dənizi qaz kəmərinin qarşısını almaqdır.

Xəzər dənizinin dibi ilə İran və Qatarın “Cənubi Pars” yatağından sonra dünyada ikinci ən böyk qaz yatağı olan Türkmənistanın “Qalkınış” qazının Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya çatdırılması layihəsi vardı. Lakin ekoloji risklərin artacağı ilə əlaqədar olaraq Rusiya və İranın kəskin etirazları bu layihəyə son verib.
Göründüyü kimi belə bir vəziyyətdə Qərb Rusiya, İran və Türkiyə ilə yaxşı münasibətlər qurmalıdır ki, regiona xoş məramla daxil olmaq imkanı əldə edə bilsin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam