Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ərdoğandan ŞOK ADDIM- Ermənilərə başsağlığı verdi

Ərdoğandan ŞOK ADDIM

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Osmanlı imperiyasında 1915-ci il hadisələri zamanı həyatını itirən ermənilərlə bağlı İstanbuldakı Erməni Apostol Kilsəsində təşkil edilən mərasimin iştirakçılarına başsağlığı məktubu göndərib

 

Yenixeber.org: R. T. Ərdoğan həyatını itirən Osmanlı ermənilərini hörmətlə yad etdiyini, onların övladlarına və nəvələrinə başsağlığı verib.

Türkiyə prezidenti türk xalqının tarix boyunca ağrı-acıları bir-birindən fərqləndirmədiyini, müqayisə etmədiyinin, bu acıları paylaşdığını qeyd edib: “Bu gün də biz bu mirasımıza sadiq qalaraq qardaşlığı, sülh və sabitliyi gücləndirməyə çalışırıq. Erməni vətəndaşlarımızın tarixdə yaşadıqları acıları paylaşmaq türk millətinin vicdan və əxlaqının tələbidir.  İnşallah, qarşıdakı dönəmdə də sizlərin dərdlərinizə ortaq olmağa, problemlərinizin həlli yolunu tapmağa kömək edəcəyik. Erməni vətəndaşlarımızın da mədəniyyətimizə, bəşəri, siyasi və iqtisadi həyatımıza töhfələrini artıracağına inanıram. Sizin bu günə qədər olduğu kimi, bundan sonra da ortaq tariximizi təhrif edərək kin, nifrət və qisasa çağıranlara fürsət verməyəcəyinizə əminəm. Bir daha Birinci Dünya müharibəsi illərində həyatını itirən Osmanlı ermənilərinin xatirəsini hörmətlə yad edirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam