Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA

 

PA rəhbərindən Qarabağla bağlı önəmli AÇIQLAMA
“Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycan öz torpaqlarını geri qaytararaq, sərhədlərini bərpa edəcək”

Yenixeber.org-un məlumatına görə, bunu “ATV Xəbər”-ə açıqlamasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
Ermənistanda baş verən son hadisələrə münasibət bildirən PA rəhbərinin sözlərinə görə, ermənilərin uzaq planları var: “Bu plan ondan ibarətdir ki, onlar böyük dövlət yaratmaq istəyirlər. Bu dövlət dənizdən dənizə bir ideyadır. Çox səhv ideyadır. Buna heç vaxt nail ola bilməyəcəklər. Belə bir ideya ilə yaşayırlar. Bu ideyanın başında kilsə dayanıb. Bu gün Serj Sarkisan, sabah bir başqasıdır. Yəni onların bu ideyası var. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan dövləti bundan sonra da çox qüdrətli olmalıdır. Möhkəm olmalı və bütün bu səylərin qarşısını almalıdır”.

PA rəhbəri daha sonra qeyd edib: “Biz istəyirik ki, məsələni diplomatik, danışıqlar yolu ilə həll edək. Çünki müharibə istər-istəməz insan tələfatı ilə nəticələnir. Azərbaycan 15 ildə çox geniş inkişaf edib, çox böyük nəaliyyətlərə çatıb. Bu, cənab prezidentin fəaliyyəti, cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində mümkün olub. Azərbaycan bu gün dünyada tanınır. Bu, cənab prezidentin səyləri nəticəsində olan məsələdir. Cənab prezidentin də məqsədi ondan ibarətdir ki, danışıq yolu ilə, diplomatik yolla bu məsələni həll edək. Lakin bu baş tutmasa, istər-istəməz bizim başqa olumuz yoxdur. Biz sərhədlərimizi bərpa etməliyik. İstər-istəməz məcburuq müharibə yolu ilə məsələlərimizi həll edək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam