Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Çindən Azərbaycana daha 6 min qutu ipəkqurdu toxumu gətirilib

 

Bu gün Çindən Azərbaycana daha 6 min qutu ipəkqurdu toxumu (qrena) gətirilib və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb

Yenixeber.org:  Kənd Təsərrüfatı Nazirliyi xəbər verir ki, inkubasiya müddəti başa çatdıqdan sonra əldə olunacaq ipək qurdları dağlıq ərazidə yerləşən rayonların kümçülərinə əvəzi ödənilmədən paylanılacaq.

Ümumilikdə nazirlik tender müqaviləsi əsasında Çindən 2 mərhələdə 13 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumu alıb. Bu toxumun aran, dağlıq və dağətəyi rayonların kümçülərinə paylanılması nəzərdə tutulub.

Xatırladaq ki, bu il aprelin 17-də toxumların ilk partiyası (7 min qutu) ölkəyə gətirilib. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında yaxın günlərdə respublikanın 40 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub.

Son iki ildə Çindən ölkəyə 2,5 mln. ədəd tut tingi də gətirilib, bölgü əsasında əvəzi ödənilmədən baramaçılıq rayonlarına paylanılıb və bu rayonların ərazilərində yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib.

Dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam