Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bitkoinin qiyməti 9 min dolları keçdi

Bitkoinin qiyməti 9 min dolları keçdi

Dünyanın aparıcı kriptovalyutalarından sayılan bitkoinin bu gün səhər saatlarında 9 min ABŞ dollarından yüksək qiymətə ticarət olunub

Yenixeber.org:  Onun qiyməti 4,4% artaraq 9 253 dollara  çatıb. 

Bitkoinin nağd forması - "Bitcoin Cash" isə 16,29% bahalaşaraq 1 547 dollara ticarət edilib. 

Digər kriptovalyutalar da bahalaşmaqdadır. Belə ki, "Ethereum"un qiyməti 7,5% artaraq 681 dollara, "Ripple"in qiyməti isə 5,9% artaraq 0,92 dollara yüksəlib. 

Xatırladaq ki, bu ayın ortalarından etibarən bitkoinin qiyməti 8 min dollar ətrafında dəyişib və yalnız bu gün kriptovalyuta bazarına investisiyalar fonunda qiymət 9 min dolları keçib. Hazırda bitkoinin kapitallaşma göstəricisi 421,63 mlrd. dollar təşkil edir ki, bu da həftəlik müqayisədə 30% çoxdur. 

Bununla belə, bitkoinin kriptovalyuta bazarındakı payı azalmaqdadır. Bir həftə bundan əvvəl bazarın 42%-nə nəzarət edən bitkoinin payı hazırda 37% təşkil edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam