Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

KREMLİN YUXUSU ƏRŞƏ ÇƏKİLƏCƏK…- Avropalı deputatlar boykota qərar verdi:"Çox gec olmadan şərin qarşısı alınmalıdır!"

Qərbin Rusiyaya qarşı son addımları göstərir ki, “Skripal işi” Moskvanın yuxusunu hələ bir müddət də qaçırmalı olacaq. Cəza tədbirlərinin davamı olaraq indi də 2018-ci ildə Rusiyada keçirilməsi planlaşdırılan futbol üzrə Dünya Çempionatının boykot edilməsi gündəmə gəlib.

Yenixeber.org: Artıq Britaniya və İslandiya hökumətləri çempionata getməyəcəklərini bəyan ediblər. Aprelin 20-də isə Avropa Parlamentinin 60 deputatının boykota dair açıq məktubu dərc edilib.

Məktubda Avropa Birliyinə üzv dövlətlərin hökumətlərinə çempionata qatılmamaqla bağlı müraciət ünvanlanıb. Parlamentarilər Avropa hökumətlərini Britaniya və İslandiya kimi, bu çempionatda və onunla bağlı keçiriləcək tədbirlərdə iştirak etməməyə çağırıbar.

 

Məktub müəllifləri hesab edirlər ki, Skripal və qızının Solsberidə (Britaniyada) zəhərlənərək sui-qəsdə məruz qalması Vladimir Putinin Avropa dəyərlərini ələ salmasıdır.

Avropalı deputatlar bu çağırışa əsas kimi həm də Suriyada məktəb, xəstəxana və yaşayış məntəqələrinin bombardman edilməsini, Rusiyanın Ukraynanın şərqindəki aqressiyasını, sistemli kiberhücumlarını, dezinformaiya kampaniyasını, seçkilərə müdaxiləsini, Avropa Birliyini zəiflətmək və destabilizə etmək cəhdlərini göstəriblər.

Deputatlar idmanın tərəflər arasında körpünün qurulmasına kömək edəcəyi fikri ilə razılaşsalar da, hesab edirlər ki, Rusiya yuxarıda qeyd olunan davranışları davam etdirdikcə futbol meydançasında Putinin əlini sıxmaq və onu turnirin qonaqpərvər sahibi kimi qəbul etmək olmaz.

“Bizim hökumətlər Rusiya prezidentinin anti-Qərb və avtoritar xəttini dəstəkləməməli, bunun əvəzinə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının boykot etməli, insan haqlarını, demokratik dəyərləri müdafiəyə çağırmalıdılar”, – deyə avropalı deputatlar bildirir.

Rebeka Harms

Bu çağırışın təşəbbüskarı Almaniyadan olan deputat Rebeka Harmsdır. Harms bildirib ki, Suriya və Ukraynada müharibə davam etdiyi müddətcə Putin dünya çempionatının yaxşı sahibi ola bilməz: “Demokratik hökumətlər Putinin güclü adam kimi görünməsinə imkan verməməlidir. Heç kim unutmasın ki, Krım Soçidəki Olimpiya Oyunlarından cəmi üç gün sonra ilhaq edildi”.

Xanım Hars həm də Avropa Parlamentinin Rusiya ilə əməkdaşlıq üzrə nümayəndə heyətinin üzvüdür.

Məktubu Avropa Birliyinin üzvü olan 16 ölkədən 60 deputat imzalayıb. Bu deputatlar 5 ayrı fraksiyanı təmsil edir. Avropa Parlamentində ümumilikdə 751 deputat var.

Avropa Parlamentində Rusiya ilə əlaqələr qrupunun nümayəndəsi deputatHelmut Şolts məktubda problem və münaqişələrlə bağlı qeyd olunanları dəstəkləsə də, çempionatın boykot edilməsinin tərəfdarı deyil. Onun fikrincə, belə idman tədbirləri rusiyalı siyasətçilərlə dialoqu bərpa etmək imkanı yaradır və bu imkandan istifadə olunmalıdır: “Avropa sükut və konfrantasiya spriralından çıxmalıdır. Avropa Birliyinin siyasətçiləri Moskvada və digər şəhərlərdə rusiyalı həmkarları ilə görüşüb söhbət edə bilərlər. Və problemli məsələlərlə bağlı çıxış yollarını müzakirə edərlər. Belə təmaslar qətiyyən Rusiya tərəfinin mövqeyilə razılaşmaq anlamına gəlmir”.

Alman deputatın qənaətinə görə, bu cür idman yarışlarının boykot edilməsi real səmərə vermir: “Siyasi boykot, simvolik jestlər Avropa Birliyi ilə Rusiya arasında problemlərlə bağlı heç nəyi dəyişməyəcək. Boykot vəziyyəti bir az da gərginləşdirəcək”.

Avropa Parlamentinin Litvadan olan deputatı Lyusiya Andrikene isə Putinin Solsberi, Suriya və Ukraynadakı addımlarını əsas gətirərək boykot təşəbbüsünü dəstəkləyir: “Çox gec olmadan şərin qarşısı alınmalıdır”.

Onun sözlərinə görə, Avropanın və dünyanın demokratik dövlətlərinin dəqiq və qətiyyətli mövqeyi Kremlin Suriya və Ukraynadakı aqressiv davranışlarının, həmçinin Rusiyada müstəqil KİV-lərin və müxalifət boğulmasının qəbuledilməz olduğunu bir daha ortaya qoymuş olacaq.

Lyusiya Andrikene boykotun dialoqa mane olacağını düşünmür: “Dialoq üçün iki tərəf lazımdır. Kreml dialoq istəmir. Görünür, prezident Putin əmrə üstünlük verir”.

Deputatın fikrincə, Əfqanıstana qoşun yeridilməsinə cavab olaraq 1980-ci ildə Moskvada keçirilən Olipiya Oyunlarının boykot edilməsi bu mənada, yaxşı nümunədir: “Ümid edirəm ki, bu boykot aksiyası sadəcə prosesin başlanğıcıdır. Bütün futbol ictimaiyyəti və azarkeşlər buna diqqət yetirməli və adekvat addımlar atmalıdır. Britaniya və İslandiya hökumətləri ilə həmrəylik Keremlə təzyiqləri artıracaq və çox böyük məna kəsb etmiş olacaq”.

Dünya Çempionatının boykot edilməsi ilə bağlı çağırışlar bundan əvvəl də olmuşdu. Dünyanın ayrı-ayrı ölkələrinin hüquq müdafiəçiləri, humanitar təşkilatları və siyasilərinin bu çağırışı Skripal olayından sonra yenidən diqqət mərkəzinə gəldi.

Martın sonlarında İslandiya Britaniya ilə həmrəylik nümayiş etdirərək Rusiya hökuməti ilə yüksək səviyyəli bütün danışıqları müvəqqəti dayandırdığını bəyan etdi. Və hökumət rəhbərliyinin Dünya Çempionatına qatılmayacağını bildirdi.

Qeyd edək ki, Ukrayna da Rusiyada keçirəcək futbol üzrə Dünya Çempionatının boykot edilməsi, çempionat zamanı müxtəlif formalı etiraz aksiyalarının keçirilməsi ilə bağlı təşəbbüs qaldırıb. Və bu istiqamətdə bir sıra ölkələrin futbol federasiyaları və azarkeş təşkilatları ilə danışıqlar aparır.

Rusiyada çempionat bu il iyunun 14-dən iyulun 15-dək keçiriləcək. Oyunların Rusiyanın 11 şəhərində, 12 fərqli stadionda olması planlaşdırılır.Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam