Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ramana-Maştağa avtomobil yolu bu günə qaldı -FOTOLAR

Ramana-Maştağa avtomobil yolu bu günə qaldı -

 

 

İcra strukturlarının işinə səhlənkar yanaşması nəticəsində Ramana-Maştağa  avtomobil yolu sıradan çıxır

 

Yenixeber.org: Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2016-cı ilin sonunda istifadəyə verilən Ramana-Maştağa avtomobil yolunda yerli icra strukturlarının biganəliyi və işinə səhlənkar yanaşması nəticəsində yolun asfalt-beton örtüyü sıradan çıxır.

Belə ki, yolun tikintisi zamanı səth sularının toplaşdığı ərazidə suyun kənarlaşdırılması üçün xüsusi quyu inşa edilib. Quyuya yığılan su kütləsi nasos vasitəsi ilə yaxınlıqdan keçən su kanalına axıdılır.

Lakin yerli icra strukturlarının biganəliyi nəticəsində yağıntılı havalardan sonra həmin nasos işə salınmır. Nəticədə isə atmosfer yağıntılarından əmələ gələn su kütləsi yolun hərəkət hissəsinə dolur.

Bu isə həm vətəndaşların rahat gediş-gəlişinə mane olur, həm də tədricən asfalt-beton örtüyünün sıradan çıxmasına gətirib çıxarır.

Problemin qısa müddət ərzində aradan qaldırılması üçün aidiyyəti üzrə rəsmi şəkildə müraciət olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlı şəxsin şəkli.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlı şəxsin şəkli.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlı şəxsin şəkli.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlı şəxsin şəkli.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam