Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Rövnəq Abdullayev 300 ailəni qazsız qoyub:”Bizi mitinqə vadar edirlər…” – Fakt

 

 

 

Azərbaycanın tamamilə qazlaşdırılması istiqamətində işlər aparılsa da, problemlər hələ də var.

Yenixeber.org: Mavi yanacağın istisinə həsrət qalan yüzlərlə ailələr var.

SOCAR şefi Rövnəq Abdullayev və “Azəriqaz” İB direktoru Əkbər Hacıyev isti kabinetlərində oturduğu halda Neftçalanın Astanlı kəndi zülm çəkir.

Kəndə qonşu olan digər kəndlərdə mavi yanacaq olsa da sözügedən kəndin 300-ə yaxın ailəsi yanacaq üzünə həsrət qalıb.

Bununla bağlı big.az-a Astanlı kənd sakini, 70 yaşlı pensioner müəllim Məmmədov Ələkbər Səftər oğlu şikayət edib.

Uzun illərdir mavi yanacağa həsrət qaldıqlarını, illərdir bu məsələ üçün döymədikləri idarə qapıları qalmadığını bildirib. O qeyd edib ki, rəsmi müraciətlər edilsə də ona heç bir cavab verilməyib.

Bundan əlavə şikayətçi bildirib ki, rayon üzrə bütün kəndlərdə qaz xətti çəkilib. Amma təkcə Astanlı kəndinə qaz xətti çəkilməyib.

Cəmi 13 ailə Sovet dönəmindən qalma xəttlər vasitəsilə mavi yanacaq verilib və kəndimizi qazlaşdırılmış kənd kimi qələmə verərək digər sakinləri və hökuməti aldadırlar.

“Azəriqaz”, “SOCAR”, deputatımız və icra hakimiyyəti bu gün sabah deyə-deyə bizi yola verir.

Ancaq mənim əldə etdiyim məlumata görə bizim kəndin qazlaşdırlma problemi kağız üzərində artıq həll olunub”,deyə şikayətçi bildirib.

Neftçala icra başçısı İsmayıl Vəliyev, rayonun deputatları kəndlə maraqlanmır. SOCAR və “Azəriqaz” isə 300 ailəni yola verməklə məşğuldur.

Sakinlər deyirlər ki, 13 evə SSRİ-dən qalmış xttlər çəkilib. Həmin 13 evin timsalında “Azəriqaz” bildirir ki, guya bütün kənd qazlaşdırılıb.

“Mənə elə gəlir ki, burda böyük yeyinti olub. Bütün qonşu kəndlərdə qaz var. Əsas gülməli olan odur ki, qaz xətti bizim kəndin içindən keçir. Bizi niyə aldadırlar?

Biz soyuqdan yaşaya bilmirik. Ayda 100 manat işıq pulu ödəyirəm. 250 manat pensiyamın 150-ni kommunala gedir. Müraciət etmədiyim idarə qalmayıb.

Elə 100 manat təkcə göndərdiyim ərizələrə pul vermişəm. Onlara da cavab verilmir. Bütün kənd çıxılmaz vəziyyətdə qalıb. Yaşımızın bu vaxtında yığılıb mitinq edək?”

Sakinlər bildirirlər ki, bizi niyə yol kəsməyə, mitinq etməyə, ayağa qalxmağa vadar edirlər: “Biz problemi demokratik yolla həll etmək istəyirik.

Bizə bir konkret cavab verilsin, ya desinlər canınız cəhənnəmə, sizə qaz vermirik, gedin odununuzu doğrayın, biz də işimizi bilək, ya da desinlər ki, 5 aya, 1 ilə qaz xətti çəkiləcək”.

Bundan əlavə, camaatın sosial problemləri ilə maraqlanmayan Neftçala rayon icra başçısı İsmayıl Vəliyevin sosial gərginlik yaradır.

Onun fəaliyyəti aqrar sektora və sahibkarlığın inkişafına ən ağır zərbələri endirməkdən ibarətdir.

Bu neçə ildə rayonu çapıb-talayan və inkişafına zərrə qədər xidməti olmayan icra başçısı hətta normal kosmetik abadlıq işləri də həyata keçirməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam