Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“McDonalds” rəhbəri icra başçısının oğlunun həbsini istəyir

 

    Sentyabrın 29-da Bakıda icra başçısının oğlunun törətdiyi qəza onun həbsi ilə nəticələnə bilər. 

   "Xeberinfo.com": Axar.az-a verilən məlumata görə, Səbail rayonunun İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla “MCDonalds” restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyev arasında narazılıq yaranıb. Məlumatda bildirilir ki, iş adamı oğlunun ölümünə səbəb olan bu qəzada icra başçısının övladı İlham Əsgərovu günahlandırıb.

Mənbənin qeydlərinə görə, iş adamı istintaqın gedişini gözləyir. M.Mirzəyev övladının həyatına son qoyan bu qəza ilə bağlı hüquqi addımlar atmağa hazırlaşır. Sadəcə, istintaqdan narazı qalarsa, bu halda yuxarı instansiyalara müraciət etməyi planlaşdırır.

    Qaynağımız iddia edir ki, hazırda faktla bağlı araşdırma gedir. A.Əsgərovun oğlu isə hadisə nəticəsində möhkəm xəsarət aldığına görə Türkiyədə müalicə olunur. Onun vəziyyətinin ağır olduğu bildirilir. Müalicə yekunlaşdıqdan sonra istintaq Səbail rəhbərinin oğlu barəsində nəticəyə gələcək.

Mənbə bildirir ki, icra başçısının bundan əvvəl də müavini bir nəfərin ölümünə səbəb olan qəza törədib. Ardınca oğlunun qəza törətməsi A.Əsgərovun karyerasına ciddi zərbədir.

Xatırladaq ki, başçının oğlu İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam