Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Yeyib içib, "dərman" atmışam" - 3 mağaza, 6 ev soyan oğru -VİDEO - FOTO

"Yeyib içib, "dərman" atmışam" - 3 mağaza, 6 ev soyan oğru -

 

Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Həbib Həsənovun evindən oğurluq edilib

Yenixeber.org:  Zərərçəkən Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə şikayət edərək mənzilindən pul və qızıl-zinət əşyalarının aparıldığını bildirib.

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən keçmiş məhkum, Masallı rayon sakini Rafiq Mirağayev saxlanılıb. İstintaq zamanı onun digər oğurluq cinayətlərinin də üstü açılıb və ifadəsində əməllərini boynuna alıb.

Rafiq Mirağayev (saxlanılan şəxs): "3 mağazadan, 6 evdən oğurluq etmişəm. Manat da olub, dollar da olub. Çıxıb şəhərdə xərcləmişəm. Yeyib-içmək ora bura, arada "dərman" da atmışam".

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.Araşdırmalar davam etdirilir.

 

Videonu izləmək üçün şəklə klikləyin:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam