Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nazir:"Prezidentin şəhid olmuş və itkin düşmüş şəxslərlə bağlı fərmanı 8800 nəfərə şamil ediləcək"

 

 

"Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan, ölən və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinin siyahısı üç ay müddətində Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə təqdim ediləcək"

 

Yenixeber.org: Bunu əmək və əhalinin sosial müdafiəsi naziri səlahiyyətlərini icra edən Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, birdəfəlik ödəmələr həmin ümumi siyahıdakı hərbi qulluqçuların vərəsələrinə onların müraciəti və notariat qaydasında təsdiqlənmiş sənədləri təqdim etmələri əsasında ödəniləcək: "İlkin informasiyaya görə, 8800 şəxs bu fərmanın icrası altına düşür. Bu kateqoriyadan olan şəxslərə, təxminən, 95-100 milyon manat vəsait tələb olunacaq".

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan, ölən və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam