Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Xatunun Rusiya toylarına yolu açıldı- Rəqsanə qadağa qoymuşdu

Xatunun Rusiya toylarına yolu açıldı

 

 

Müğənni Xatun Əliyeva Rusiyada toylara getməyə başlayıb

 

Yenixeber.org: Sənətçi ötən gün Sankt-Peterburqa yola düşüb. O, müğənni Rüfət Axundovla birlikdə orada toy məclisində iştirak edəcəyini bildirib.

Bu, Xatunun uzun müddət sonra Rusiyada getdiyi ilk toydur. Sənətçi bir müdddət əvvəl müğənni Rəqsanə İsmayılovanın onu Rusiya toylarına buraxmadığını demişdi.

Rəqsanə də açıqlamasında Xatunu hədələyərək "Moskva mənlikdir, bir zəngimlə bura gəlməyinə qadağa qoyaram, dostlarım var" sözlərini söyləmişdi.

Qeyd edək ki, Xatunla Rəqsanə arasındakı davaya Şəmkirdə baş tutan bir toy məclisi səbəb olub. Toy sahibi əvvəlcə Xatunla razılaşıb. Daha sonra Rəqsanə araya girərək, Xatunu oradan uzaqlaşdırıb. 

Xatun Rəqsanənin ünvanına daha sonra bunları söyləyib:

"Kimsə Moskvanın "polojeniya"sına baxır. Hamının deyiləcək sözü, cavabı var. Onun haqqında danışmağı mənə qadağa qoyublar, istəmirəm. Ən çox ailəm, övladım üçün söz-söhbətdən uzaq gəzmək istəyirəm. Mənim getdiyim yerlərdə, efirdə belə yoxdurlar. Qoy onlar Moskvada qalsınlar. Kim mənə pislik edirsə, qarşısına çıxır. Həyat bumeranqdır, analar edir, balalar çəkir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam