Dünyaca məşhur macərapərəst Edvin Martins Biır Qrels 7 iyun 1974-cü ildə Şimali İrlandiyanın Kountri Doun vilayətində anadan olub.

Yenixeber.org: O, “İnanılmaz qurtuluş” və “İnsan təbiətə qarşı” serialları ilə dünyaya səs salmağı bacarıb. Onu hələ uşaqlıqda ağaclara tez-tez dırmaşmasına görə bacısı “Bear” (ingilis dilində ayı deməkdir) adlandırmağa başlayırlar.

Sonralar Qrels bu ləqəbi özünə ad seçir. O, London universitetini fərqlənmə ilə bitirdikdən sonra Birləşmiş Krallıq Silahlı Qüvvətlərinə qəbul olur. Burada 3 il hava qüvvətlərində xidmət edir.

1996-cı ildə isə paraşütlə hündürlükdən tullanan zaman qəza keçirir və onurğası 3 fərqli yerdən qırılır. Həkimlər ona bir daha yeriyə bilmə ehtimalının çox az olduğunu deyir. Ancaq o, 2 il ərzində nəyinki ayağa qalxır, hətta Everest zirvəsini fəth edir və bu zirvəni fəth edən ən gənc alpinist kimi Ginesin rekordlar kitabına düşür.

bear gres ile ilgili görsel sonucu

Biır orduda qazandığı biliklər sayəsində 2006-cı ildə “inanılmaz qurtuluş” serialını ərsəyə gətirir. Bu serialda dünyanın müxtəlif yerlərində, səhrada, dağda, bataqlıqda və müxtəlif iqlimli ərazilərdə sağ qalmaq üçün  bir insanın etməli olduğu şeyləri izah edir. O, bu seriallarda müxtəlif növ  böcəklər, zəhərli ilanlar, yabanı bitkiləri yeyir və dəfələrlə vəhşi heyvanlarla üzləşməli olur.

Bir bölümdə susuzluqdan ölməmək üçün öz sidiyini içir

Başqa bir bölümdə bir filin nəcisini sıxaraq oradakı suyu içir

Səhrada qum fırtınasından qorunmaq üçün dəvənin içində gecələyir

“Vəhşi təbiətdə Biır Qrels ilə” serialında o, hər həftə qonaq olaraq bir məşhurla vəhşi təbiətdə sağ qalmağa çalışır. Hətta bölümlərin birində Amerikanınn keçmiş prezidenti Barak Obama qonaq olur.

Biır Qrels hazırda evlidir və 3 uşaq atasıdır. O, qatı katolikdir və dinin onun həyatının onurğası olduğunu deyir. Biır bunlardan başqa bacarıqlı yazıçıdır. İndiyə qədər onun 11 kitabı işıq üzü görüb.(minval.info)

Tamerlan Mehdi