Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Düz görüm ki, düz yazım...

Düz görüm ki, düz yazım...

 

 

Zaman geri dönmürsə,

Ocaq yeri sönmürsə,

Dildə sözüm  ölmürsə,

Mən nə qədər günahkaram?

Bəlkə də;-

Zalım, qəddar, qəsbkaram,

Fağır, yazıq kasıbkaram.

Xeyr, xeyr, xeyr,

Nə desələr inanmayın!...

Zamanladır mənim işim!

Göz önündə tərpənişim.

Dinləyin ki, tərif edim özümü.

Haqsızı, od-ocaqsız yandıran,

Nadanı, qanmazı mizrab ilə qandıran,

Kökaltına yüz qoyan,

Vurub, bölüb düz qoyan

Bax, o mənəm bilin ha!...

Bənzərəm dağ çayına,

Suyu daşa, daşı suya qataram

Namərdi mən,

Köhlənsiz də taparam.

Kükrəyərəm, dağ boyunca axaram,

Düşünmə ki,

Meydan alsam qaçaram.

Əcəba;-

Düşündüm bir az,

Aranızda varmı deyən,

Qələmin sınsın!

Nədən, nədən axı  yazırsan?

Yazan əlin qırılsın!

Vay aman!....

Üzə, üzlük taxırsan?

Tərif etmirsən bu millətin,

Otlaqsız otlayan,

Abısını, yabısını.

Nə düşüb ey sənə?

Önə çəkirsən bu millətin acısını.

Qardaşını, bacısını,

Mollasını, hacısını.

Nəyinə lazım?...

Yazma...dediniz,

Özün düşmək üçün,

Qəbir qazma dediniz.

Yaxşı, mən yazmayım, o yazmasın

Bəs kim görsün halımızı?

Ağzımızda zəhər dadan balımızı.

Ayılmasın bu millət?..

Millətlərin içində sayılmasın bu millət?..

Deyirsiz, qoy hələ yatsın?!

Başını qatmaq üçün, əlində telfon,

Gövşəmək üçün,  

Ağzına saqqız atsın?

Sabir zamanla demiş:-
Bəlkə bizdə söyləyək,

“Cümlə cahan batsa da batsın.”  

Yazdığı misraya bax...

Məqsədi, məramı gəl başına tax

Millət bu gün də yatır,

Yuxulu gözüylə hayana baxır?

Bu mənəmsə,

Əldə qələm, sözüm çox,

Danışmağa dilim var,

Kəlmələrim, iti ox.

Gəldim ki, bu dünyaya,

Hər nə görsəm düz yazım.

Astarda yamaqları,

Kəsib, söküb, üz yazım.

Mən deyə bilmərəm,

Nəyimə lazım....  

Nəyimə lazım...

Düz görüm ki, düz yazım!...

 

Təranə Şəms   07.04.2018 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam