Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Anglo-Asian Mining Plc." borclarını 43% azaldıb

 

 Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu ilin yanvar-mart aylarında "Gədəbəy" yatağında istehsal etdiyi qızılın həcmini ötən ilin eyni dövrü ilə müqayisədə 26% artırıb

 

Yenixeber.org: Bu barədə şirkətin rüblük hesabatına istinadən xəbər verir. 

Hesabata əsasən, "Anglo-Asian Mining Plc." 2018-ci ilin I rübü ərzində 18 307 unsiya qızıl hasil edib. Bu rəqəm 2017-ci ilin I rübündə 14 577 unsiya olub.

Şirkət hasilatla yanaşı satış həcmini də artırıb. Belə ki, hesabat dövründə "Anglo-Asian Mining Plc." 14 956 unsiya qızıl külçə satıb. Şirkət hər unsiyanı 1 328 ABŞ dollarından realizə edib. Bu rəqəmlər 1 il bundan əvvəl 8 283 unsiya və 1 220 dollar olub. 

Əvəzində "Anglo-Asian Mining Plc." mis istehsalını və ixracını azaldıb. Belə ki, bu ilin ilk 3 ayında şirkət 255 ton mis hasil edib. Halbuki, bu rəqəm ötən ilin eyni dövründə 606 ton olub. Bundan başqa, əgər Anglo-Asian Mining Plc." 1 il bundan əvvəl xaricə 4,2 mln. dollar dəyərində 2 230 ton mis satmışdısa, hesabat dövründə bu göstərici 1,7 mln. dollar dəyərində 608 ton mis olub. 

Şirkət gümüş istehsalını isə 39 369 unsiyadan 40 583 unsiyaya qaldırıb. 

Bundan başqa, yanvar-mart aylarında "Anglo-Asian Mining Plc." borclarını 43% azaldaraq 18,3 mln. dollardan 10,4 mln. dollara endirib. Şirkətin baş icraçı direktoru (CEO) Reza Vaziri bildirib ki, yanvar-mart aylarında hava şəraiti sərt olsa da, uğurlu dövr olub: "Mən məlumat verməyə çox şadam ki, 2018-ci ilin I rübündə borclarımız 7,9 mln. dollar azalıb. Bu rəqəm 2017-ci ilin martında 33,1 mln. dollar olub”.

Qeyd edək ki, son vaxtlar R.Vaziri şirkətdəki payını 5,4% artıraraq 42,18%-ə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam