Redaktor seçimi
Düşüncələr, təəssüratlar -
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Günün xəbəri

“Kamikadze ilə üz-üzəyik”:süpürgəçilərin Kərbəlasından – Reportaj

“Kamikadze ilə üz-üzəyik”:

 

 

Azərbaycan süpürgəçilər üçün təhlükəli ölkədir. Onların gündəlik xidməti başında həyatı təhlükəsizliyinə heç bir zəmanət verilmir

Yenixeber.org: İraqda olanda insanlar mənə danışırdılar ki, Bağdad, Kərbəla, Nəcəfdə yaşayanlar evdən hər gün çıxıb işə gedəndə ailəsi ilə vidalaşırlar, kəlmeyi-şəhadətini oxuyurlar.

Çünki getdiyi yerdə kamikadzenin qurbanı olmayacağı bir möcüzədir: hər gün terror, partlayış…

Bakıda küçələri süpürənlər üçün də bu şəhər eynilə Bağdada, Mosula, Kərbəlaya oxşayır.

O günahsız adamları kamikadzelər öldürürsə, süpürgəçiləri magistral yollarda sürətlə şütüyən avtomobillərin sürücüləri tələf edir.

***

Paytaxtın prospektləri hər gün sübh tezdən süpürdülür. Bu nə zərurət olduğun aydın deyil. Ağzı-üzü örtülmüş, nindza görkəmli süpürgəçiləri istismar edərək magistral yolları təmizlədirlər.

Elə gün olmur ki, Ziya Bünyadov prospekti, Nobel prospekti, aeroport yolu və digər ünvanlar süpürülməsin. Süpürgəçi xanımlar isə həyatı riski hesabına bu işi görürlər.

Bu yollarda isə maşınlar 90-120 sürətlə şütüyürlər. Və süpürgəçilərlə avtomobillər arasında o qədər yaxınlıq olur ki, bu təhlükəli şəraitdə işləmələri möcüzədir.

Ölümlə üzbəüz qalan süpürgəçilərə isə əvəzinə ayda cəmi 120-130, bəziləri 250 manat maaş verirlər. Ancaq bu qəpik-quruşa, çörək puluna görə canını təhlükəyə atan süpürgəçilərin son 1 ay ərzində azı üçü həlak olub.

Əvvəlcə, Sabunçu körpüsü yaxınlığında süpürgəçi meyitinin fotosu yayıldı, sonra Sumqayıtda, bu günlərdə isə Atatürk prospektində süpürgəçi öldürüldü.

Sonuncu haqda iddia olunurdu ki, mərhumənin süpürgəçi olması gizlədilsin deyə forması üzərindən çıxarılıb. Və bu, son deyil.

Hələ bir neçə il qabaq futbolçu Araz Abdullayev süpürgəçini vuraraq həyatına son qoymuşdu. Onlarla belə fakt var…

***

“Bu adamlar kamikadzedir, nədir, ondandırlar. Görürlər ki, qabaqda insan var, yolu təmizləyir, yanından keçəndə sürəti azaltmır.

Fikirləşmir ki, biz də bir insanıq, bir tikə çörəyə görə həyatımızı təhlükəyə atırıq. Canı verən Allahdır, sən kimsən ki can alırsan?!

Ehtiyatlı olsalar, süpürgəçinin yanından keçəndə sürəti aşağı salsalar, belə olmaz”,-deyə süpürgəçi Nailə xanım belə deyir.

Onunla eyni işi görən Fəridə xala bildirir ki, 12 ildir süpürgəçidir: “Yaşlı adamam, məni bu yaşdan sonra heç kim işə götürməz. Çox belə hadisələr olub.

Biz də özümüzü qorumağa çalışırıq. Ancaq birinci növbədə gərək şoferlər diqqətli olsunlar. Biz kasıb adamlarıq. Hər gün evdən çıxanda dua edirəm ki, sağ-salamat qayıdım”.

“Dərnəgül” yolunu hər gün süpürməyə çıxanlar onu da deyirlər ki, “JEK”lər onların sözünü eşitmir: “Deyirik ki, ay müdir, bu prospektdir, qaynayan yoldur, bu yolu hər gün süpürməyin mənası nədir?

Yolda zir-zibil yox, tör-tküntü yox, maşınların təkərindən çıxan toz-tozanaqdır. Onu da həftədə 2 dəfə süpürmək bəsdir. Amma kimdir bizə qulaq asan?!

Hacıbala müəllim tapşırıb ki, qaş düzəldin, bunlar vurub göz çıxardırlar. Hər gün Dərnəgül yolunu süpürərlər? Dəhşətdir…”

Hə, dəhşətdir, gördüyünüz işin təhlükəsi kimi…Emil Salamoğlu/AzEuroNews/ 

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr