Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Dövriyyəyə yeni alternativ valyuta buraxılıb-Venesuelada

 

 

Ölkənin milli valyutası dəyərdən düşməkdə davam edir

Venesuelanın paytaxtı Karakasda dövriyyəyə karibe adlanan alternativ valyutası buraxılıb.

Yenixeber.org: Rusiya mətbuatı xəbər verir ki, yerli hökuməti buna ölkənin milli valyutası - bolivarın kəskin dəyərdən düşməsi vadar edib. 

Belə ki, hazırda qara bazarda 1 ABŞ dolları üçün 250-300 min bolivara bərabərdir. 

Yeni valyutadan yaxın 1 ay ərzində bələdiyyənin nəzarəti altında təşkil olunacaq xüsusi bayram sərgilərində zəruri malların alınması üçün istifadə olunacaq. Paytaxt daxilində bolivarın 5, 10, 20, 50 və 100 karibeyə (1000:1 məzənnə ilə) dəyişdirilməsi də mümkün olacaq.

Venesuela hakimiyyəti bu il iyunun 4-də bolivar üzərində denominasiya (sondakı üç sıfırın silinməsi) həyata keçirməyi planlaşdırır. Hələ ki, yerli hakimiyyət orqanları vəziyyətdən özlərinin regional, hətta bələdiyyə valyutalarını yaratmaqla çıxırlar. Artıq ölkədə elorsa və panal kimi yerli valyutalar daxili kommunal ödənişlər və qida məhsularının topdan alınmasında istifadə olunur. 

Xatırladaq ki, Venesuela bir qədər əvvəl özünün kriptovalyutasını  - petronu dövriyyəyə buraxıb. Bu pulun təminatçısı kimi ölkənin nefti çıxış edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam