Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sumqayıtda qız üstündə qanlı dava

Sumqayıtda qız üstündə qanlı dava

 

 

 

Sumqayıt şəhərində qətldə təqsirləndirilən 1988-ci il təvəllüdlü Teymur Sadıqovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

Yenixeber.org:  Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, hadisə ötən il iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədildiyi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.

İlkin məlumatda bildirilib ki, Taleh Babazadə hadisə yerinə yollanmazdan əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Sadıqov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Teymur Sadıqov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəza təyin edilməsini xahiş edib.

Prosesdə təqsirləndirilən şəcsin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Növbəti proses aprelin 25-də davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam