Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiya səfiri:"Suriyaya endirilən zərbələr cavabsız qalmayacaq"

Rusiya səfiri:

 

ABŞ, Böyük Britaniya və Fransanın Suriya ərazisinə zərbələri cavabsız qalmayacaq

Yenixeber.org:  Bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bəyanatında deyilir.

"Qorxduğumuz reallaşdı. Xəbərdarlıqlarımız diqqətə alınmadı. Əvvəlcədən hazırlanan ssenari həyata keçirilir. Və yenə bizi təhdid edirlər. Daha əvvəldən belə hərəkətlərin cavabsız qalmayacağına dair xəbərdarlıq etmişdik", - bəyanatda deyilir.

A.Antonovun sözlərinə görə, bunun bütün məsuliyyətləri Vaşinqton, London və Parisin üzərinə düşür. 

"Rusiya prezidentinin təhqir edilməsi qəbuledilməz və yolverilməzdir. ABŞ dünyanın ən böyük kimyəvi silah arsenalının sahibidir və onların başqalarını günahlandırmağa, sadəcə, mənəvi haqqı yoxdur", - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam