Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

RUSİYADAN ABŞ-a CAVAB ZƏRBƏSİ!-Moskva əks-hücuma keçdi, sanksiya siyahısı açıqlandı...

Rusiyanın ABŞ Maliyyə Nazirliyinin son sanksiya qərarına cavabı çox gecikmədi. Cəmi bir həftə sonra Moskvanın Vaşinqtona kontr-sanksiyaları gündəmə gəldi. Rusiya Dövlət Dumasına ABŞ sanksiyalarına cavabı nəzərdə tutan qanun layihəsi təqdim olundu. Rusiya tərəfi bu sənədin ortaya çıxmasını Birləşmiş Ştatların düşməncəsinə münasibəti ilə əlaqələndirir.

Yenixeber.org: Layihədən belə məlum olur ki, Rusiya ABŞ dərmanlarına, siqaretlərinə, spirtli içkilərinə qadağa qoyur, eyni zamanda Rusiya zavodlarında istehsal olunan raket mühərriklərinin ABŞ-a çatdırılması dayandırılır.

Dumanın birinci vitse-spikeri İvan Melnikov bildirib ki, qanun layihəsində həmçinin nüvə sənayesində və aviatikinti sahəsində beynəlxalq münasibətləri dayandırmaq (təkcə ABŞ-la yox, rus oliqarxlara qarşı sanksiyaları və Vaşinqtonun Suriya ilə bağlı mövqeyini dəstəkləyən digər dövlətlərlə də) da təklif olunur.

 

İdxalat: qadağa və ya məhudiyyyət qoyulacaq

– ABŞ və digər ölkələrin dövlət və bələdiyyə qurumlarından, həmçinin bir sıra təşkilatlardan proqram təminatları və informasiya texnologiyaları avadanlıqlarının alınması;

– Dərmanlar (Rusiyada analoqu olmayanlar istisnadır);

– ABŞ-ın tütün məmulatları və spirtli içkiləri;

– ABŞ və onun mövqeyini dəstəkləyən ölkələrdən kənd təsərrüfatına aid mal və məhsullar;

– Nadir torpaq metalları, xammal

Malların idxalına qoyulan məhdudiyyətlər şəxsi istifadə üçün olanlara tətbiq edilməyəcək.

Dumanın deputatları eyni zamanda ABŞ vətəndaşlarının Rusiya ərazisində işləmək hüququnu məhdudlaşdırmaq, əcnəbi şirkətlərin özəlləşdirmədə iştirakını qadağan etmək, onlara konsaltinq, audit və hüquqi xidmətlərin göstərilməsini məhdudlaşdırmaq istəyirlər.

 

İxracat: ABŞ-a çatdırılmasına qadağa planlaşdırılır

– Uran (ümumiyyətlə, nüvə sənayesi sahəsində əməkdaşlığı dayandırmaq);

– Rusiya şirkətlərində istehsal olunan raket mühərrikləri;

– Təyyarələr üçün aksesuarlar;

Aviatikinti sahəsində əməkdaşlığın dayandırılması dedikdə, Rusiya tərəfinin konkret nəyi nəzərdə tutduğu bilinmir. Hələlik məlum olan odur ki, Rusiyanın “Boeing” kimi korporasiyalar üçün istehsal etdiyi metalların və hissələrin ixrac edilməsi qadağandır.

Əvvəllər iqtisadi məhdudiyyətlərlə bağlı sənədləri parlamentə hökumət təklif edirdi. Bu dəfə qanun layihəsi Dumaya bütün fraksiyaların liderləri tərəfindən irəli sürüldü.

Qanun layihəsində hökumətə ABŞ istehsalı olan istənilən mal və məhsulları “qara siyahıya” əlavə etmək haqqı da tanınır.

Kontr-sanksiyaların anonosunu Rusiya baş naziri Dmitri Medvedev hələ aprelin 11-də vermişdi. Baş nazir bildirmişdi ki, ABŞ məhsullarının Rusiya bazarına girişini məhdudlaşdıra bilərlər: “Bizim bazarda ABŞ-ın kifayət qədər məhsulu var. Bunlar təkcə qiymətli kağızlar deyil, həm də bazarımıza gətirilən və Amerika biznesinin istehsal etdiyi bir sıra digər mallardır”.

Qeyd edək ki, ABŞ-ın aprelin 6-da Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərdə olan 24 biznesmen və məmura şamil olunub – Oleq Deripaska, Mixail Fridman, Aleksey Dyumin, Sergey Fursenko, Süleyman Kərimov, Kirill Şamalov, Viktor Vekselberq, Andrey Akimov, Vladimir Boqdanov, Oleq Qovorun, Vladimir Kolokotsev, Konstantin Kosaçev, Andrey Kostin, Aleksey Miller, Nikolay Patruşev, Vladislav Reznik, İqor Rotenberq, Yevgeni Şkolov, Andrey Skoç, Aleksandr Torşin, Vladimir Ustinov, Aleksandr Jarov, Viktor Zolotov və Timur Valiulin.

Sanksiyalardan əsas zərər çəkən Deripaska olub. “Qara siyahıya” salınan şirkətlərdən 8-i, həmçinin “RusAl” onunla bağlıdır.

Sanksiyaların şamil olunduğu şəxslərin ABŞ-a səfər etməsi qadağan olunub, onların Amerikadakı aktivləri dondurulub.

Sərmayəçilər və tərəfdaşlar yeni sanksiya qərarına görə iyunun 5-dək 12 şirkətlə bütün müqavilələri ləğv etməlidirlər. Bura Oleq Deripaskanın, Viktor Vekselberqin, İqor Rotenberqin və Kiril Şamalovun idarə etdiyi şirkətlər də daxildir.

Təkcə ABŞ-ın yox, üçüncü ölkələrin də şirkət və şəxsləri sözügedən müqavilələri pozmalıdılar. Əks halda Birləşmiş Ştatlar onları da sanksiya siyahısına sala bilər.

Sərmayəçilər eyni zamanda mayın 7-dək En+, QAZ və “RusAl”la da əməliyyatları başa çatdırmalıdılar.

ABŞ-ın sanksiyalarından sonra ilk iş günündə – aprelin 9-da Rusiya şirkətləri dəyər itirməyə başladı. “RusAl”ın səhmləri Honkonq birjalarında 50 faiz ucuzlaşdı. Şirkət defolt təhlükəsi ilə üz-üzə olduğunu açıqladı.

London birjalarında demək olar ki, bütün Rusiya şirkətləri, o cümlədən “Lukoyl”, “Novateka”, NLMK, “Fosaqro”, “Polyusa Zolota”, “Rosneft”, “Surqutnefteqaz” dəyər itirdi.

Moskva birjasının indeksi təqribən 7 faiz aşağı düşdü. Həmin günün nəticələrinə görə, 50-dən artıq rusiyalı biznesmen təqribən 16 milyarddollar itirdi. Eyni zamanda rublun məzənnəsi dollara və avroya nisbətdə xeyli gerilədi.

Hökumət bəyan etdi ki, sanksiyaların təsirinə düşən şirkətlərə yardım edəcək. Maliyyə naziri Anton Siluanov isə bildirdi ki, dövlət “RusAl”a pul ayıra bilər.

ABŞ Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 24 milyard dollar olub. Rusiya ABŞ-a əsasən neft, metal, nüvə yanacağı, mineral gübrələr və balıq verirdi ki, bunlar da Rusiyanın ABŞ-a ixracatının 90% -ni təşkil edirdi.

ABŞ-ın Rusiyaya ixracatının əsas hissəsi “Boeing” korporasiyasının payına düşür. Bunlar təyyarələr, təyyarə mühərrikləri və təyyarələr üçün komponentlərdir. Bundan əlavə, ABŞ Rusiyaya maşınqayırma məhsulları verirdi.

Rusiya son dəfə kontr-sanksiyaları 2014-cü ildə tətbiq etmişdi. Həmin vaxt Rusiya, AB, ABŞ, Avstraliya, Kanada, Norveçdən ət, tərəvəz, meyvə, quşçuluq, balıq, pendir və süd məhsulları tədarükünə qadağa qoymuşdu. Daha sonra qadağalar Albaniya, Monteneqro, İslandiya, Lixtenşteyn və Ukraynaya da şamil olunmuşdu…Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam