Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Əmanatlərin Sığortalanması Fondu müflis elan olunmalıdır” -SƏBƏBLƏR


  

Əmanətlərin Sığortalanması Fondu müflis elan olunmalıdır.

Yenixeber.org: Bunu iqtisadçı Natiq Cəfərli Fondun rəhbərliyində baş verən dəyişiklikdən sonrakı prosesləri şərh edərkən bildirib.

Ekspert deyib ki, Fond əvvəllər yığıdığı vəsait hesabına ancaq bir qisim əmanətin sığortalanmış hissəsini qaytara bilib:


““Bank Standrt”ın bağlanmasından sonra Fondda böyük vəsait böhranı yarandı. Mərkəzi Bank ilkin olaraq Fonda 500 milyon manat vəsait ayırdı. Bundan sonra əmanətlərin sığortalanmış hissəsini geri qaytarmaq mümkün oldu. Fonda verilmiş kreditin isə geri qaytarılması mümkün deyil. Çünki Fondun o qədər gəlirliliyi və yığımı yoxdur ki, sonradan Mərkəzi Banka qaytarsın.

Bir müddət sonra dövlət həmin pulu silməyə məcbur olacaq. Bankların bağlanmasının növbəti dalğasına start veriləcəyi təqdirdə, hansı ki bu ehtimal çox yüksəkdir, o vaxt Mərkəzi Bank Fonda əlavə vəsaitlər verməyə məcbur olacaq. Yeri gəlmişkən, fiziki şəxlərlə bağlı əmanətlərin geri qaytarılmasında daha az problem var. Amma kommersiya qurumlarının bağlanan bankların depozit hesablarında qalan vəsaitlərinin geri qaytarılması yubadılır. Bunun Fonda birbaşa aidiyyatı olmasa da, ümumi maliyyə vəziyyətinin nə qədər ağır olduğunu deməyə əsas verir. Fondun topladığı vəsaitlər əməliyyatların maliyyə mənbəyi üçün kifayət deyil”.

Ekspertin sözlərinə görə, dəstək olmasa, Fond heç cür ayaqda qala bilməz:

“Halbuki, Fondun yaradılma fəlsəfəsi ondan ibarət idi ki, yığıdığı üzvlük haqqı, sığorta, banklardan aldığı vəsaitlər hesabına, yaranacaq hər hansı problemi aradan qaldıra bilsin. Amma reallıq onu göstərdi ki, onların yığdığı vəsait çox azdır. Mərkəzi Bankın dəstəyi olmasa, Fond müflis elan olunub, bağlanmalı idi. Ona görə də Fondun iş qaydalarına yenidən baxmaq lazımdır. 
Dünya praktikasında belə qurumlar təkcə üzvlük haqqı, sığorta ilə pul qazanmırlar. Onlar aktiv əməliyyatlar həyata keçirərək kapital artırırlar ki, problem yaranan zaman vəsaitləri geri qaytara bilsinlər. Bizdə dövlət qurumlarının mütləq əksəriyyətinə dəstək olmasa, kommersiya əsasları ilə fəaliyyət göstərə bilməzlər”.



N.Cəfərli deyib ki, Fondun rəhbərliyindəki şəxsin dəyişdirilməsi problemi həll etmir:

“Əslində kimi vəzifəyə təyin etsələr, eyni vəziyyət müşahidə olunacaq. Çünki prinsiplər və sistem doğru deyil. Bunlar dəyişməsə, rəhbər şəxsin kimliyindən asılı olmayaraq, problem həmişə olacaq. Ona görə də təyin olunmuş rəhbərlik Fondun müəyyən mənada yaxşı və pis işləməsini təmin edə bilər. Amma ümumilikdə Fondun prinsiplərinin, idarəetmənin dəyişdirilməsi baş verməsə, kimi qoysalar da, ciddi irəliləyişə nail olmaq mümkün olmayacaq”.

 

Azərbaycan  Prezidentinin 9 fevlar 2007-ci il tarixli Fərmanına əsasən, Əmanətlərin Sığortalanması Fondu yaradılıb. Fond 2007-ci ilin 12 avqustdan fəaliyyətə başlayıb. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədi banklar və xarici  bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.


Əmanətlərin Sığortalanması Fondu ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan icraçı direktor tərəfindən idarə olunur. 

Prezident İlham Əliyevin 1 avqust 2017-ci il sərəncamı ilə, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini vəzifəsinə Vüqar Rafik oğlu Abdullayev təyin olunub. 2017-ci ilin avqustunda icraçı direktor Azad Cavadovun səlahiyyət müddəti başa çatdığı üçün bu vəzifə V.Abdullayevə həvalə edilib.

Fondun sığorta ehtiyatları Fonda üzv olan banklardan rüblük olaraq yığılan təqvim haqlarının hesabına formalaşdırılır. Qurum hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. Fond üzərində öz adı olan möhürə, habelə Mərkəzi Bankda və qanunla müəyyən olunmuş qaydada digər banklarda hesablara malikdir. Fondun  əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. Dövlət və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə, Fond isə dövlətin və Mərkəzi Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır.(moder.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam