Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yerevanda tələbələr aksiya keçirirlər-Serj Sarqsyanın baş nazir olmasına qarşı

 

 

Bu gün saat 18:30-dan etibarən etirazlar kütləvi xarakter alacaq

Yenixeber.org: Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə aksiya iştirakçılarında biri məlumat verib.

Qeyd edək ki, aprelin 13-də yerli vaxtla saat 18:30-da Serj Sarqsyanın baş nazir olmasının qarşısının alınması məqsədilə Yerevanda bir sutka fasiləsiz mitinq keçiriləcək. İki gün əvvəl Ermənistan parlamentinin deputatı ölkə əhalisinə müracətində deyib: “11 gün əvvəl “Çıxış” fraksiyasının başçısı Nikol Paşinyan “Mənim addımım” yürüşünə başlayıb. Bu aksiyaya yüzlərlə tərəfdar və vətəndaş təşəbbüsünün iştirakçısı qoşulub. Yürüş Gümrüdən başlayıb. İştirakçılar 195 km uzunluğunda, 300 min addımlıq yolu qət edərək Respublika meydanınadək gələcəklər. Aprelin 13-də saat 18:30-da gecə-gündüz mitinqi başlayacaq. Mitinqin hədəfi parlamentin bütün çıxışlarını bağlamaq üçün kifayət qədər adam toplamaq və deputatların Serj Sarqsyanın baş nazir olması üçün səs verməsinin qarşısını almaqdır. Əgər Serj Sarqsyanın seçilməsi üçün parlamentin iclası iki dəfə pozularsa, onda parlament buraxılaraq yeni seçkilər təyin olunacaq”. O, ölkə vətəndaşlarını mühacirətə, durğunluğa qarşı addım atmaq üçün “Azadlıq” meydanında keçiriləcək mitinqə qatılmağa çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam