Amerikada 28 yaşlı Mikie Monroe Mayami sahilində özü ilə evlənib.

Yenixeber.org: Xarici KİV-lər xəbər verir ki, əvvəllər alkoqolizmlə mübarizə aparan Mikie bədənini sevmədiyini, buna görə də özünə baxmadığını bildirib. Daha sonra iştirak etdiyi yoqa dərslərində hər kəsin daxilində kişiyə və qadına aid bir enerji olduğuna inanmağa başlayıb.

Bundan sonra öz daxilində olan kişi ruhu ilə evlənməyə qərar verən Mikie itfah və liderliyi bildirən karneliyan daşından üzük də hazırladıb.

Mayamidəki Cənnət çimərliyində ürək formalı güzgü ilə özünə baxaraq and içən Mikinin 3 dostu da onun nikah şahidi olub. Arıqlamaq, özünə nifrətlə baxan gözlərdən uzaqlaşmaq əvəzinə özü ilə barışmağı seçən Mikie özünə sağlam və təbii bir həyat yaşamağa söz verib.Minval.İnfo