Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

MSK İLKİN NƏTİCƏLƏRİ AÇIQLADI –İkincilik kimə və niyə verildi? (Yenilənib)

 

ilham_aliyev_president_291217_2Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin nəticələri açıqlanıb.

Yenixeber.org: Mlumata görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bülletenlərin 92 faizinin sayılmasından sonra ortaya çıxan nəticələri elan edib. MSK sədri bildirib ki, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,00 % səslə (3192522səs) qalib olub.

Digər namizədlərin aldığı səslər aşağıdakı kimidir:

Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,04% (112 915 səs);

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,11% (115 462 səs);

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,02% (112 078 səs);

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,39% (51 738 səs);

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51% (56 153 səs);

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18% (43 546 səs); –

“Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,75% (27 706 səs).

Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib.

Bülletenlərin əksəriyyəti sayılandan sonra 3 namizədə – Qüdrət Həsənquliyev, Sərdar Cəlaloğlu və Zahid Oruca təxminən eyni sayda səs verildiyi diqqəti çəkir. Maraqlıdır ki, seçki kampaniyası dövründə bir dəfə də olsun xalqdan səs istəməyən, hətta ən başdan İlham Əliyevi dəstəklədiyini açıqlayan Zahid Oruca, təxminən 3 min artıq səs yazılaraq, ikincilik ona verilib. Fikrimizcə, bu anormallıq müəyyən suallar doğuracaq. 

Çox böyük ehtimalla, ikinciliyin Zahid Oruca verilməsi Rusiyaya jestdir. Z.Oruc bütün kampaniya ərzində açıq şəkildə Rusiyayönlü siyasətin tərəfdarı kimi çıxış edirdi.  (azpolitika)    

Rasim ƏLİYEV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam