Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

PUTİN RUSİYASINDA KLEPTOKRATİYANIN TÜĞYAN ETMƏSİ –“Rusiyadakı talanın tarixdə analoqu yoxdur”

 

putin

Gələn ay Karl Marksın anadan olmasının 200 illiyidir. Sovet dövründə dayanmadan marksizm-leninizmin tərəfdarı kimi çıxış edən Rusiyanın indiki bərbad vəziyyəti haqqında, görəsən Marks nə düşünərdi? Sözsüz ki, o, rejimin bütün məsuliyyətini öz üzərinə götürərdi. Marks əmlak senzinin və özəl mülkiyyətin müqəddəsləşdirildiyi dünyada böyüyüb. Hətta quldarlıq dövründə də mülkiyyətə toxunulduğu zaman kompensasiyasını alırdılar.

Yenixeber.org: Karl Marksın sosial-demokratiyanın və XX əsr sosial dövlətinin uğurlarını görə bilməsi çox çətin idi. Belə ki, 1848-ci il inqilabı dövründə Marksın 30 yaşı vardı və o, 1883-cü ildə görkəmli iqtisadçı Keynsin doğulduğu ildə həyatdan köçüb. Onların hər ikisi öz dövrlərinin gözüaçıq səlnaməçiləri idilər, amma onları səhv olaraq gələcəyin nəzəriyyəçiləri kimi qəbul ediblər.

- Oğrular cəmiyyəti

1917-ci ildə bolşeviklər hakimiyyətə gələndə, iddialarının əksinə olaraq onların planları daha az “elmi” idi. Məlum məsələdir ki, bolşevik inqilabından sonra özəl mülkiyyət ləğv olundu. Amma onların qarşısında istehsal münasibətlərini necə təşkil etməli və onun yeni sahibi kim olmalıdır sual dayanırdı. Böyük dövlət aparatında qərarların qəbul edilməsi və planlı iqtisadiyyatda resursların bölüşdürülməsi hansı mexanizmilər tərəfindən həyata keçirilməliydi?

Sovet idarəetməsində hakimiyyətin şəxslər üzərində qurulmasına üstünlük verildi. Çətinliklərdən qurtulma yolu kimi günahkarlar tapıldı, insanlar zindana atıldı və güllələndi.

1953-cü ildə Stalin ölən zaman ölkə əhalisinin 4%-i həbsxanada idi, həm də onların yarısı “sosialist mülkiyyəti”nin oğurlanması və ya məişət şəraitlərinin yaxşılaşdırılması naminə törətdikləri digər kiçik qayda pozuntularına görə cəza çəkirdilər.

Juliet Kadonun “oğrular cəmiyyəti” kimi təsvir etdiyi bir cəmiyyət, azadlıqa can atdığı halda uğursuzluğun rəmzinə çevrildi. Belə bir göstərici ilə yalnız ABŞ-ın qara dərili əhalisinin vəziyyəti müqayisə oluna bilər (Hal-hazırda oradakı qaradərili kişilərin 5%-i həbsxanadadır).

İnfrastruktura, təhsilə və səhiyyəyə yatırılan sovet investisiyaları geriləmənin bir qədər azalmasına imkan verdi. İnqilaba qədər əhalinin orta gəliri Qərbi Avropa göstəricilərinin 30-40 faizini təşkil edirdi, ancaq 1950-ci illərdə bu 60% səviyyəsini aşırdı. Lakin 1960-1970-ci illərdə Sovet İttifaqı ilə Qərb arasındakı fərq yenidən artmağa başladı və hətta SSRİ-dəki orta yaş həddi aşağı düşdü (həmin dövr üçün nadir görülən bir vəziyyət idi). Rejim məhv olmanın kənarına gəlib çatmışdı.

Sovet İttifaqının və onun istehsal aparatının dağılması 1992-1995-ci illərdə həyat səviyyəsinin çökməsinə gətirib çıxardı. Əhalinin gəlirləri 2000-ci illərdə artmağa başladı və Rusiyadakı alıcılıq qabiliyyəti 2018-ci ildə Qərbi Avropanın 70 faizi səviyyəsindədir (Amma əgər rublun indiki zəifliyini nəzərə alsaq, bu göstərici hər halda iki dəfə aşağıdır. Rusiyadakı bərabərsizlik daha sürətlə artır).

- Tərəqqipərvər vergidən imtina edilməsi

Ümumiyyətlə, Sovet İttifaqının dağılması gəlirlərin bölüşdürülməsi ilə əlaqədar istənilən plandan imtinaya gətirdi. 2001-ci ildə vətandaşın 1000 rubl və 100 miyard qazanmasından asılı olmayaraq, gəlir vergisi 13 faiz təşkil edirdi. Hətta Ronald Reyqan və Donald Tramp tərəqqipərvər verginin ləğv olunması məsələsində bu qədər uzağa getməyiblər. Rusiyada Çində olduğu kimi mirasa vergi yoxdur. Əgər Asiyada siz öz var-dövlətinizi sakit şəkildə ötürmək istəyirsinizsə, ən yaxşısı bunu Tayvan, Cənubi Koreya və Yaponiya kimi kapitalist ölkələrində deyil, keçmiş kommunist ölkələrində edin.

Əgər Çin kapitalın ölkədən çıxması və özəl yığımlar üzərində müəyyən nəzarəti saxlaya bilirsə, Putin Rusiyası kleptokratiyanın qarşısıalınmaz tüğyanı ilə fərqlənir.

1993-2018-ci illər arasında Rusiyanın müsbət xarici ticarət saldosu çox böyük olub: Ümumi Daxil Məhsulun ilik 10%-i səviyyəsindəki saldo 25 il ərzində böyük göstərici (ÜDM-250 faizi) deməkdir. Nəzəri baxımdan yanaşsaq, bu yüksək səviyyədə maliyyə ehtiyatlarının yığımını təmin etməliydi. Lakin faktiki baxımından görürük ki, Rusiyanın rəsmi valyuta ehtiyatı on dəfə azdır: Ümumi Daxili Məhsulun 25%-i qədər.

- Postkommunizm hiperkapitalizmin pis müttəfiqidir

Bəs bu pullar haraya gedib? Bizim hesablamamıza görə yalnız varlı rusiyalıların ofşorlardakı illik aktivləri ölkənin ÜDM-i qədər olur, yəni Rusiyadakı bütün ailələrin maliyyə aktivlərinə bərabər. Başqa cür desək, ölkənin təbii zənginliyi qeyri-şəffaf strukturların qidalanmasına və azlığın xarici ölkələrdə böyük maliyyə aktivləri əldə etməsi üçün ixrac edilir.

Varlı rusiyalılar London, Monako və Moskva arasında yaşayırlar. Onların bəziləri Rusiyada qalıblar və ofşor şirkətlər vasitəsilə ölkəni nəzarətdə saxlayırlar. Əksər vasitəçilər və bəzi Qərb şirkətləri bu işdən yaxşı tikə qopararaq, idman və KİV sahəsi ilə məşğul olurlar (bəzən bunu filantropiya da adlandırırlar). Rusiyadakı talanın miqyasının tarixdə analoqu yoxdur.

Rusiyaya qarşı ticarət sanksiyası tətbiq etmək əvəzinə Avropa maliyyə aktivlərindən yapışmalı və bununla bağlı Rusiya cəmiyyətinə müraciət etməlidir. Bu gün postkommunizm hiperkapitalizmin pis müttəfiqidir. Marks buna kinayə ilə yanaşardı, amma belə bir müttəfiqliklə barışmaq olmaz.

 

(“Le Monde”-Fransa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam