Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Yerevanda fasiləsiz aksiya keçiriləcək-Serj Sarqsyanın baş nazir olmasının qarşısını almaq üçün

 

 

 Aprelin 13-də Ermənistanda bir sutka fasiləsiz davam edəcək mitinq keçiriləcək.

Yenixeber.org: Ermənistan KİV-i xəbər verir ki, bunu deputat Lena Nazaryan parlamentdə çıxışı zamanı bildirib.

“11 gün əvvəl “Çıxış” fraksiyasının başçısı Nikol Paşinyan “#Mənim addımım” yürüşünə başlayıb. Bu aksiyaya yüzlərlə tərəfdar və vətəndaş təşəbbüsünün iştirakçısı qoşulub. Yürüş Gümürüdən başlayıb. İştirakçılar 195 km uzunluğunda, 300 min addımlıq yolu qət edərək, Respublika meydanınadək gələcəklər. Aprelin 13-də saat 18.30-da gecə-gündüz mitinqi başlayacaq. Mitinqin hədəfi parlamentin bütün çıxışlarını bağlamaq üçün yetərincə adam toplamaq və deputatların Serj Sarqsyanın baş nazir olması üçün səs verməsinin qarşısını almaqdır. Əgər Serj Sarqsyanın seçilməsi üçün parlamentin iclası iki dəfə pozularsa, o zaman parlament buraxılacaq və məclisə yeni seçikilər təyin olunacaq”, - deyə L.Nazaryan vurğulayıb.

O, ölkə vətəndaşlarını mühacirətə, durğunluğa qarşı addım atmaq üçün “Azadlıq” meydanında keçiriləcək mitinqə qatılmağa çağırıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam