Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Asiya İnkişaf Bankı region üzrə iqtisadi inkişaf proqnozlarını açıqlayıb

 

 

Qurum bu il Asiya qitəsində 6%, gələn il isə 5,9% iqtisadi artım proqnozlaşdırır

Yenixeber.org: Bu il Asiya qitəsində 6%, gələn il isə 5,9% iqtisadi artım proqnozlaşdırılır. 

Bu barədə Asiya İnkişaf Bankının (ADB) "Asian Development Outlook 2018" hesabatında bildirilir. 

Sənəddə həmçinin deyilir ki, Asiyada yüksək gəlirli, yenilənmiş və sənayeləşdirilmiş iqtisadiyyatlar nəzərə alınmazsa, inkişaf tempi 2018-ci ildə 6,5%, 2019-cu ildə isə 6,4% olacaq. 

"Ötən il Asiya regionunda iqtisadi artım 6,1%, yüksək gəlirli, yenilənmiş və sənayeləşdirilmiş iqtisadiyyatlar nəzərə alınmazsa 6,6% olub", - deyə hesabatda qeyd olunub. 

ADB həmçinin bəyan edib ki, regiona daxil olan 45 fərdi iqtisadiyyatdan 14-ü bu il qitənin inkişafını sürətləndirəcək. Cənubi Asiyada Hindistan 7%-lik iqtisadi inkişaf göstərici ilə lider olacaq. Mərkəzi Asiyada və Sakit Okean hövzəsində yerləşən ölkələrdə isə iqtisadi geriləmə baş verəcək. 

Beynəlxalq maliyyə qurumu region üçün proqnozlaşdırılan inflyasiya göstəricisini də açıqlayıb: "Neftin bahalaşmasınımn başa çatması və güclü istehlak tələbinin davam etməsi region ölkələrində inflyasiyanın səviyyəsini ən yüksək həddə qaldırıb. İstehlak qiymətləri indeksinin bu il və gələn il 2,9% olacağı proqnozlaşdırılır ki, bu da ötən ilə nisbətən 0,6 faiz bəndi çoxdur".(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam