Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Çinin “Tülkü ovu” dövlət proqramı:Çin kəşfiyyatı xaricdəki çinliləri necə oğurlayır – Araşdırma

İngiltərədə zəhərlənən keçmiş rus kəşfiyyatçısı Sergey Skripal və qızının aqibəti dünya mediasının diqqətini indiki və keçmiş vətəndaşlarına qarşı terrorla məşğul olan dövlətlərə yönəldib. Bu silsilədən Amerikanın məşhur “Foreign Policy” dərgisinin Çinin bu yöndəki fəaliyyəti barədə araşdırmasını oxucularımıza təqdim edirik.

 

Yenixeber.org: 2017-nin 27 yanvarında Honkonqun “For Sizons” otelində dəbdəbəli apartamentlərdən yox olan Çin mənşəli Kanada milyarderi Syao Szyanhua qadın cinsli cangüdənlərə üstünlük verirdi. Niyəsi aydın deyil. Ola bilsin, ona sadəcə qadın çevrəsi xoş gəlib, bəlkə də, kişilərdənsə qadınlara daha çox güvənib.

Hər necə olsa da, yanvarda Syao Szyanhuanın apartamentlərində müəmmalı kişilər peyda olaraq milyarderi alanda bu qadın mühafizəsinin çox da köməyi olmayıb. Mehmanxananın müşahidə kamerasıyla videoyazılara baxmış, sonra da “Nyu York Times”-a müsahibə vermiş anonim qaynaqların sözünə görə, yuxuladıla bilən Syaonun başını mələfəylə sarıyaraq otelin vestibülündən əlil arabasıyla aparıblar. Sonra onu katerə yükləyib Çinin qitə hissəsinə göndəriblər.

Adamların bu cür yox olması artıq tanış ssenari üzrə baş verir. İndiki halda Syao polisə ərizə yazıb, amma bunu tezliklə geri götürüblər, milyarderin özü isə sonradan bəyanat verib ki, onu heç kim oğurlamayıb. İldən artıq vaxt keçib, o isə indiyədək Çində qalır. Cinayət etməkdə ona heç bir ittiham elan edilməsə də, hökumətin göstərişilə onun şirkətləri, haradasa, 24 milyard dollar məbləğində yatırımları satılmalıdır, əldə olan məlumata görə, özü də bu pullar dövlət banklarının hesabına gedəcək.

Bu cür hadisələr nadir hal deyil. Çin dövlətinin agentləri 2015-in oktyabrında Honkonqda işləyən kitab naşiri və kitab mağazalarının sahibi Quya Minhayanı Tailanddakı mənzilindən oğurlayıblar. İsveç vətəndaşlığı olan Quya bir neçə aydan sonra Çinə gələrək dövlət televiziyasında elan edib ki, polisə təslim olub, çünki onu on il əvvəl  sərxoş halda maşın sürməkdə ittiham ediblər. Hər şeydən göründüyü üzrə, Çin xüsusi xidmətinin agentləri Quanın həmkarı, Britaniya-Çin ikili vətəndaşlığı olan Li Bonu da 2015-in dekabrında oğurlayıblar, bundan sonra ÇXR ərazisində meydana çıxıb.

Bu cür hadisələr ilbəil getdikcə çoxalır. Demokratiya uğrunda məşhur mübariz Van Binçjan 2002-də Vyetnamda Çin agentləri tərəfindən tutulub və ÇXR ərazisində indiyədək qaldığı həbsxanaya salınıb. İki ildən sonra məşhur dissident Pen Mini Myanmada oğurlayıb və Çində həbsxanaya atıblar. O, 2016-da həbsxanada müəmmalı şəraitdə ölüb.

Amma Pekin bu gün çinli saydığı, lakin başqa ölkələrin vətəndaşı olan bəzi adamların zorla repatriasiyası (vətənə qaytarmaq-tərc.) siyasətini getdikcə daha fəal yürüdür. Pekin iriçaplı kampaniya çərçivəsində (Qərb xüsusi xidmətlərinin hesab etdiyi kimi) nüfuzlu biznesmenləri, keçmiş partiya məmurlarını, dissidentləri və fəalları  oğurlayır. Adamların oğurlanması o qədər tez-tez baş verir ki, Amerika Dövlət Departamentinin məmurları həyəcan qaldırıblar, düzdür, hələlik bu məsələni Pekin qarşısında rəsmən qoymayıblar. Dövlət Departamentinin adının çəkilməməsini xahiş edən – çünki bu məsələ üzrə rəsmi bəyanat vermək səlahiyyəti yoxdur – məmuru nağıl edib: “Yuxarılarda bu haqda həmişə danışırlar”. O, adamların Cənubi-Şərqi Asiyada Çinə verildiyindən danışan bu yaxınlardakı teleqramı qeyd edib.

Bu cür siyasəti təkcə Çin aparmır. Birləşmiş Ştatlar 11 sentyabrdan sonra “fövqəladə ekstradisiya” tədbiləri çərçivəsində xeyli sayda əcnəbi vətəndaşı terrorizmdə ittiham edərək həbs edib. Onların çoxunu sonralar sərt davranışa, o cümlədən işgəncəyə məruz qaldıqları üçüncü ölkələrə göndəriblər. Bu cür siyasət ölkə daxilində və xaricdə tezliklə tənqid doğurub. Amma hər şeydən göründüyü üzrə, Çin ancaq xaricdə yaşayan və korrupsiya və ya az anlaşılan siyasi cinayətlərdə şübhəli bilinən vətəndaşlarını (ya da keçmiş vətəndaşlarını) oğurlamaqla məşğul olur. Zorla vətənə qaytarmağın bu cür halları kommunist partiyasının Çin təbəəsi saydığı, yaşadığı, işlədiyi və təhsil aldığı yerdən asılı olmayaraq istənilən adamın onun  hakimiyyətinə tabe olmalı olduğu haqda bəyanatına nə qədər ciddi yanaşdığını göstərir.

Qərb xüsusi xidmətlərinin təmsilçilərini təkcə belə əməllərin miqyası deyil, “Beş göz” kəşfiyyat alyansının üzvləri də (Birləşmiş Ştatlar, Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniya) daxil olmaqla Amerikanın əsas müttəfiqlərinin ərazilərində Çinin adam oğurlamağa başlaması narahat edir. Amerika təmsilçiləri ehtiyat edirlər ki, Çin ən yaxın zamanda ABŞ ərazisində adam oğurlamağa cəhd edə bilər. Əslində, o bunu, yəqin ki, artıq edib.

Çinin zorla vətənə qaytarmaq proqramını nə vaxt həyata keçirməyə girişdiyini dəqiq təyin etmək çətindir. Bütün məsələlər bundadır ki, qurbanlar və qohumları, adətən, susurlar. Debatlar doğuran hadisələrdən biri Avstraliyaya qaçan Çin diplomatı Çen Yunlinin (Chen Yonglin) 2005-ci ildə xüsusi xidmətləri beş il əvvəl Syamın şəhərinin meri Lan Menin (Lan Meng) qızına əvvəlcə dərman atdırıb sonra oğurlamaqda ittiham edərkən baş verib. Guya onlar qıza güclü yuxugətirici verib, sonra dövlətə məxsus ticarət gəmisində Avstraliyadan Çinə aparıblar. Qaçış vaxtı Sidneydə Çin konsulluğunda işləyən Çen bildirib ki, Pekin Lanı atası Lan Funu Avstraliyadan Çinə qayıtmağa və korrupsiya ittihamı üzrə məhkəmə qarşısında durmağa məcbur etmək üçün oğurlayıb. (Lan 2000-ci ildə Çinə qayıdıb, indi isə ömürlük həbs cəzası çəkir). Avstraliya hökuməti Çenin iddiasını təkzib edib, ehtimal olunan qurban isə digər çoxları kimi, yəqin ki, Avstraliya federal polisinə deyib ki, bu əhvalat gerçəkliyə uyğun deyil.

Amma Çen inad edir. Telefon söhbəti vaxtı Lan Menin təslim edildiyini təsdiqlədi, sonra isə Xarici İşlər Nazirliyində işlədiyi vaxt Çin hərbçiləri, kəşfiyyatçıları və diplomatlarının bu cür oğurlanması haqda çoxsaylı söhbətlərdən danışdı. Onun sözlərinə görə, bu idarədə işlədiyi vaxt Avstraliya və Yeni Zelandiyanın hərəsində daha bir oğurluq haqda eşidib. Çin agentləri bu müddətdə Vanuatu və Ficidə də adamları oğurlayıblar. (Çen danışdı ki, Yeni Zelandiyada Se Li Xie Li) adlı qadın oğurlanıb. Bu, 2004-də Oklənddə baş verib. Onu dövlətə məxsus gəmidə Çinə aparıblar.)

Çen on ildən artıq bundan qabaq bəyanat verərkən Avstraliya hökuməti onun hekayətinə şübhə edib. Amma Çinin adamların qaytarılması üzrə getdikcə daha təcavüzkar və bəzən aşkar fəaliyyəti onun sözlərinə daha böyük nüfuz gətirir. Pekin 2014-də xaricdə yaşayan keçmiş məmurlara qarşı “Tülkü ovu” adını almış antikorrupsiya kampaniyasının genişlənməsi haqda rəsmən elan edib. Çin hökumətinin iddiasına əsasən, 2012-nin axırından ÇXR ərazisinə üç mindən çox adam aparılıb. Tənqidçilər bəzi adamların öz iradələrilə qayıtdıqları haqda Çin hökumətinin iddialarını qəbul etmirlər. Amerikada yaşayan məşhur dissident, Çin qeyri-kommersiya təşkilatı Vey Tszinşen Fondunun direktoru Huan Tsıpin (Huang Ciping) deyir: “Qaçqınlar könüllü qayıtmırlar”.

Oğurlama və qanunsuz həbslər praktikası Çin də o qədər geniş yayılıb ki, hətta öz adı meydana çıxıb – şuanquy. Təhlükəsizlik qüvvələri korrupsiya cinayətlərində (bu əməllər isə addımbaşı partiya fraksiyaları arasındakı daxili mübarizəylə bağlı olur) şübhəliləri təcrid etməkdən ötrü onları həbs edərək gizli həbsxanalara salır, sonra işgəncə tətbiq edərək onlardan minnətdarlıq ifadələri alır. Çin rəhbəri Si Szinpin antikorrupsiya kampaniyası aparmağa başlayandan sonra  şuanquydan daha tez-tez istifadə etməyə başlayıblar.

İndi bu üsulları xaricdə də işlədirlər. Hər şeydən göründüyü üzrə,  Amerikanın müttəfiqləri içində Avstraliya Çin səylərinin episentrinə çevrilib. Bu ölkədəki oğurlamalar ikirəqəmli ədədlərlə ölçülür. Adamları tez-tez döyür, tibbi dərmanlarla yuxuladır, sonra isə Çinə yollanan gəmilərə aparırlar. Bu haqda Amerika xüsusi xidmətlərinin keçmiş yüksəkçinli əməkdaşları danışırlar.

Çin agentləri başqa hallarda Avstraliyada adamları yaxalayır, sonra təhdid vasitəsilə onları ölkəni könüllü surətdə tərk etməyə məcbur edirlər. Bu haqda Avstraliya kəşfiyyatının keçmiş bir əməkdaşı danışır.Onun sözlərinə görə, Çinə dönməyə məcbur edilən adamların sayı 10 nəfərdən “xeyli” çoxdur.

Çinlilər ekstradisiya proqramını Qərbin başqa ölkələrində də tətbiq etməyə başlayıblar. Kanada xüsusi xidmətlərindən keçmiş yüksəkçinli rəhbərin sözlərinə görə, Vankuver bölgəsində “məcburiyyətlə qayıdış”ın iki məşhur hadisəsi olub. Bu keçmiş rəhbər deyib: “Bu hadisələr oğurluq olmasa da, buna güclü şəkildə oxşayır”.

Qurban əməkdaşlıqdan imtina edəndə Çin kəşfiyyatçıları və özəl agnetləri onun qohum və dostlarına pislik etmək hədəsini  şəxsən gəlirlər. Keçmiş rəhbər əlavə edir: “Onlar adamı yaxalayır, sonra təyyarəyə mindirirlər”.

Onun sözlərinə görə, Çin əməliyyatçıları “kökə və qamçı” taktikasından faydalanırlar. Adam əməkdaşlığa və Çinə qayıtmağa razılaşırsa, ona  iltifat edir və üz verirlər, imtina edənlər isə getdikcə daha sərt hədələrə məruz qalırlar. Kanada xüsusi xidmətlərindən sözügedən rəhbərin dəyərləndirməsinə görə, Kanadada bu cür hallar 20-ə yaxın olub və çoxu Vankuver bölgəsində baş verib.

Qurbanların adları və ehtimal edilən cinayətləri gizli qalır. Amerika xüsusi xidmətlərindən keçmiş bir rəhbərin sözlərinə əsasən, Avstraliyadan oğurlanan adamları rüşvətxorluq, xidməti məqamdam sui-istifadə və rüşvətdə ittiham edirlər. Amma Amerika xüsusi xidmətlərinin başqa keçmiş təmsilçiləri qeyd edirlər ki, Çin bu cür ittihamları özgə cür düşünənlər və dövlətin ehtimal edilən düşmənlərilə mübarzədə addımbaşı istifadə edir. Siyasi motivlər bəzi hallarda son dərəcə aydındır. Məsələn, 2016-cı ilin əvvəlində Tailandda jurnalist və demokratiya uğrunda mübariz Li Sini (Li Xin) oğurlayıblar və anlaşılmaz təhqiqat aparmaq üçün Çinə aparılıb.

Keçmiş Çin diplomatı Çenin sözlərinə görə, ÇXR hökuməti pul vəsaitlərinin oğurlanması və korrupsiya ittihamı üzrə axtarışa verilən adamların vətənə qaytarılması üçün “istənilən üsul”dan istifadə etməyə hazırdır. O deyir: “Onlar adamları təhdid etməyə və qorxuya salmağa hazırdırlar. Onlar oğurluğa da əl ata bilərlər”.

Ancaq Amerika xüsusi xidmətləri təmsilçilərini bu məsələ daha çox narahat edir ki, Çin hökuməti adamları, ərazisindən insan oğurluğu ciddi beynəlxalq qalmaqal törədə biləcək ABŞ-dan vətənə qaytarmaq üçün nə qədər uzağa getməyə hazırdır. Bəzi keçmiş məmurların sözlərinə görə, bu cür hadisələr artıq baş verib.

Amerika xüsusi xidmətləri beş il bundan qabaq bir qanunauyğunluq hiss edib. ABŞ ərazisində yaşayan Çin vətəndaşları yox olmağa başlayıblar. O zaman yox olan adamaların sayı cüzi, altı nəfərdən az idi. Çinin “iqtisadi qaçqınları” qaytara biləcəyi rəsmi hüquq kanalları var. Amerika hüquq-mühafizə qurumlarının keçmiş bir əməkdaşının sözlərinə görə, Çin təmsilçiləri üç il qabaq amerikalı həmkarlarına ABŞ-da yaşayan və Çinə qaytarmaq istədikləri adamların siyahısını veriblər. Bu siyahıda, demək olar, 200 adam olub. Bu siyahıdan 15-20 nəfər təkcə Los-Anceles bölgəsində yaşayırdı. Hüquq-mühafizə qurumlarının bu təmsilçisinin dediyi kimi, əksər hallarda ittihamlar uydurma olub. Çin və ABŞ arasında ekstradisiya haqda saziş yoxdur, amma Daxili Təhlükəsizlik Nazirliyi 2015-də ABŞ-da yaşayan fərari caniləri deportasiya məsələsində Pekinlə əməkdaşlığı genişləndirməyə razılaşıb. Amma bu siyahıdakı, ən azı, bir neçə nəfər Çinin ovundakı “tülkü” roluna heç bir kriteriya üzrə uyğun gəlməyib. Bunlar, adətən, böyük sərvətə və geniş əlaqələrə malik iqtisadi qaçqınlar olur. Xüsusi xidmətlərin keçmiş bir əməkdaşı deyir: “Bunlar ən məşhur adamlar deyil”.

Sübutlar meydana çıxıb ki, yoxa çıxan bəzi adamlara təzyiq göstərərək ABŞ-ı tərk etməyə məcbur ediblər. “Məktəblərin və itkin düşənlərin evlərinin yanında Çin kəşfiyyatının əməliyyat əməkdaşlarının göründüyü haqda xeyli məlumatlar olub, – bu adam deyir. – Bir nəzəriyyəyə əsasən, onlara “Biz artıq buradayıq. Sizin Çinə reysiniz sabahdır” deyərək şəxsən hədə gəliblər”.

ABŞ-da adamların oğurlanmasıyla bağlı hallar Avstraliyadakı qədər  inandırıcı deyil. Amerika hökumətində Çinin Amerika ərazisində fəaliyyətinin vüsəti və bu hadisələri ümumiyyətlə “fövqəladə ekstradisiya” tədbirləri adlandırıb-adlandırmamaq haqda mübahisələr gedir. Xüsusi xidmətlərin keçmiş əməkdaşının sözlərinə görə, beş il qabaq bu hadisələr Amerika əks-kəşfiyyatının rəhbərliyi arasında FTB-nin hətta o zamankı direktoru Robert Müllerin də qatıldığı kəskin debatlar doğurub.

Çinin Vaşinqtondakı səfirliyi bu durumu şərh etmək xahişinə cavab verməyib. Çin təbəələrini təslim etmiş bir çox ölkələrin hökumətləri də eynən belə hərəkət edib. Avstraliya federal polisinin təmsilçisi adamları təhvil vermək haqda suala cavab vermədi, amma səslənən iddiaların heç bir əsası olmadığı qənaətinə gələn 2000-ci il araşdırmalarının nəticələrini göstərdi.

MKİ və Dövlət Departamenti baş vermiş zorakı repatriasiya halları haqda suallarla Ədliyyə Nazirliyinə üz tutmağı məsləhət gördü. Nazirlik təmsilçisi konkret sualları cavablandırmaqdan imtina etdi, amma müəyyən narahatlıq ifadə edən ümumi xarakterli bəyanat verdi. Təmsilçi  “Foreign Policy”-nin redaksiyasına yazıb: “Amerika Ədliyyə Nazirliyi Birləşmiş Ştatların cinayətkarlar üçün güvənli sığınacağa çevrilməsinə imkan verməyəcək. Cinayətkar fəaliyyətin sübutları təqdim edilsə, nazirlik başqa ölkələrə yardım edəcək. Amma başqa ölkələr tərəfindən ərazimizdə birtərəfli hüquqi çalışma tədbirlərinə razılaşmayacaq”.

Amerika xüsusi xidmətlərinin keçmiş yüksəkçinli əməkdaşı hesab edir ki, ABŞ-da yaşayan adamlara güclü təzyiqin, o cümlədən Çində yaşayan qohumlarına fiziki divan tutmaq təhdidinin “aydın və inandırıcı sübutları var” və bu, belə adamları təhvil verməyə bərabərdir. O deyir: “Onlar bunu bəzi hallarda yarıkönüllü, bəzilərində isə iradələrinə zidd olaraq ediblər”.

Debatların gedişatında nəyi oğurlamaq saymaq haqda məsələ kəskin qalxıb. Bu, sadəcə, hansısa dərmanların tətbiqi və oğurlanan adama hücumdur, yaxud insan və ailə üzvləri üzərində fiziki zorakılıq da bu anlayışa daxildir? Xüsusi xidmətlərin başqa keçmiş əməkdaşı deyir: “Elə hallar var ki, bu daha çox adamın ABŞ hökuməti tərəfindən təslim edilməsinə oxşayır”.

Amma Amerika kəşfiyyatının keçmiş rəhbərlərindən biri iddia edir ki, bu hallar əsil “təslimedilmə” deyil və buna Avstraliyada olduğu kimi yalnız adamların gerçəkdən oğurlanmasını aid etmək lazımdır. Bu keçmiş rəhbər deyir: “Oğurlama və təzyiq göstərməklə oğruların qapını qırıb insanı zorla kənara aparması və bu zaman ona “ya bizimlə gedirsən, ya da Daxili Monqolustandakı qohumlarını öldürəcəyik” deməyi arasında böyük fərq var”.

O isə təkidlə iddia edir ki, ABŞ-dan bu cür “fövqəladə ekstradisiya”nın sübutları yoxdur. Bu adam deyir – onlar güclü basqı taktikasından ABŞ-dan gerçəkdən adam oğurlamağa keçiblərsə, bu, Çin xüsusi xidmətləri tərəfindən “nəhəng sıçrayış” olardı. “Bizim ölkəmizə gələrək adamları oğurlamaq və öldürməyə başlamaq istəyirsiniz? Təki sınayın!

Lakin Amerika xüsusi xidmətlərinin əksər təmsilçiləri bununla razılaşırlar ki, Çin adamlara təzyiq göstərmək üçün güclü kampaniya aparır, ABŞ-da yaşayan çinliləri vətənə dönməyə vadar etməkdən ötrü adamların və ailə üzvlərinin ünvanına birbaşa hədə üsullarından istifadə edir.

Amerikanın keçmiş əks-kəşfiyyatçılarının sözlərinə görə, belə bir hadisə beş il qabaq Berklidə qəflətən yoxa çıxan Çin aspirantının təhsil aldığı Kaliforniya universitetində baş verib. Xüsusi xidmətlərin keçmiş təmsilçilərindən biri deyir ki, bu adamı iradəsinə zidd olaraq həbs etdikərini göstərən dəlillər var idi. (Başqa bir qurban Sakit okean şimali-qərb universitetində təhsil alır, üçüncüsü isə Boston rayonunda yaşayırdı).

“Biz hesab etdik ki, bu adamların qohumlarından hansınısa girov götürüblər – bizim nəzəriyyəmiz beləydi, – keçmiş əks-kəşfiyyatçı Berlikdəki tələbə haqda danışır. – Biz hətta bunun təsdiqini tapmağa da cəhd etmədik. Çin icması bu məsələdə tamamilə susurdu”.

Daha bir çinli özünün və ABŞ-dan Çinə qayıtmağa məcbur edilən başqalarının başına gələnləri “Foreign Policy”-ə danışdı. Bu adam öz ölkəsinə  çatanda iki il ev dustağı kimi saxlanıb.

Onlarn başlarına gələnlər əsla nadir hadisə deyil. Çində antikorrupsiya təmizləməsinin başlandığı andan bəri hökumət xaricdə yaşayanların  arvad və uşaqlarının ovuna çıxıb. “Onlar ana-ata-övlad” üçbucağı qururlar, – Qərb ölkələrinin birində vətəndaşlığı olan bu çinli nağıl edir. – Uşaq hadisələrin çoxunda öz valideynlərinə çıxa bilmir və buna görə də tam təcridə düşür”.

Çin hökuməti gah pərdəli hədələrlə çıxış edir, gah da adamları öz ailələri haqda düşünməyə çağırır. Bu adam deyir: “Onlar səni qayıtmağa məcbur etmək və yaxud haçan qayıdacağını bildirmək üçün “Sən filan filanı etsəydin, atan üçün yaxşı olardı” və ya “Məgər öz atana ən yaxşı şeyləri arzulamırsan?” kimi cürbəcür hiyləgər ifadələr işlədirlər.”

Çin dövlətinin agentləri çox tez-tez adamların vərənsevərlik hisslərini oyatmağa çalışırlar. O, əlavə edir: “Onlar deyirlər: “Sən ki çinlisən, məgər vətəninə kömək etmək istəmirsən?” Səni qorxutmaq və tabe etməyə nail olmaq istəyəndə deyirlər: “Sən həddən artıq Amerika adamı olmusan, Çində işlərin nə halda olduğunu anlamırsan”.

Bu işləməyəndə dövlət lap sərt fəaliyyət taktikasına keçir. “Adamların  əksəriyyəti üçün hədə və həbsə atılmaq tamamilə kifayətdir, – bu adam deyir. – Amma onların əlinə həqiqi mənada möhkəm adam düşürsə, onu işgəncəyə məruz qoyur, ya da arvadına və qohumlarına işgəncə verməklə hədələyirlər”.

Amerikada yaşayan dissident Huanın sözlərinə görə, Çin son ildə adamları oğurlamağa daha çox əl atır. Qadın qeyd edir: “Onlar özlərini çox aqressiv aparırlar”.

Onun sözlərinə görə, dissident dairələrindəki adamlar çox qorxurlar. Huan ABŞ-da məskən salaraq təhdid və məcburiyyətə məruz qalan tanışlarından danışır. Əri artıq Çin həb sxanasına atılmış bir qadın hətta anonimliyə əməl etmək şərtiylə də “Foreign Policy”-in reportyoruyla söhbətdən imtina edib.

Dini və etnik azlıqlar da təzyiqə məruz qalır. 2003-də Çindən qaçan və Virginiyada əsaslanan uyğur fəalı İlşat Həsənin bizə danışdığı kimi, 2009 və 2010-cu illərdə bir Çin polisi ABŞ-da dəfələrlə ona zəng edib və dilə tutmaqla, bəzən isə zəif pərdələnmiş təhdidlərlə onu qayıtmağa inadırmağa səy göstərib. O, imtina edib və FTB-yə zəng edəcəyi ilə hədələyib.

(Uyğurla bağlı başqa bir hadisə də, amma ABŞ-da deyil, Misirdə olub. Bu adam orada ilahiyyatı öyrənib. Onun hazırda Avropada yaşayan qohumunun sözlərinə görə, Çin hökuməti 2016-nın sonunda bu uiyğuru və arvadını Çinə qayıtmağa dilə tutub. Onlar geri dönəndə həbs edib barmaqlıq arxasına atıblar.)

…Çinin Qərb ölkələrində yaşayan öz təbəələrini təqib etməsi, çətin ki, ABŞ sərhədlərində ayaq saxlayacaq bütöv bir siyasətin varlığına işarə edir. Si Szinpin bu yaxınlarda partiya qurultayında çıxış edərkən öz hökumətinin Çin diasporuna kürəsəl təsirini vurğulayıb. O deyib: “Biz xaricdə yaşayan çinlilərlə, dönən çinlilərlə və onların qohumlarilə geniş əlaqələri dəstəkləyək, Çin millətinin dirçəlişində ümumi işə qatılmaları üçün onları birləşdirəcəyik”.

Bu belədirsə, zorakı repatriasiya Çinin fəaliyyətinə mənfi qıcıq doğuracaq siyasət olacaq, – Ceymstaun fondunun elmi əməkdaşı və Çin proqramının iştirakçısı Piter Mettis (Peter Mattis) deyir. – Amma hələlik bu, baş verməyib. Qərb ölkələri isə bu problemlərə arxa çevirir”.

Önəmli məsələ bundan ibarətdir ki, Çinin öz eksərazi yurisdiksiyasını təsdiqləməsi ərazi suverenliyi haqda Amerika anlayışları ilə kəskin ziddiyyətə girəndə nə baş verəcək. Bununla belə, xüsusi xidmətlərin ABŞ-dakı hadisələri “fövəqladə ekstradisiya” adlandırılmasına şəklə yanaşan yüksəkçinli keçmiş bir əməkdaşı narahatlıq ifadə edir. Onun sözlərinə görə, Çin agentləri hələlik ABŞ ərazisində adam oğurlamağa cəhd etmirlər, lakin “bu əsla bildirmir ki, gələcəkdə bunu etməyə başlamayacaqlar”.

Keçmiş Çin diplomatı Çenin fikrincə, problem buna müncər olunur ki, Pekinin məqsədlərinə uyğun olarkən beynəlxalq hüquq normalarını tapdalamağa hazırdır.

Bu rejim belədir, – o deyir. – Heç vaxt bilmirsən ki, daha nə baş verə bilər”.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam