Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AAK-ın vitse-prezidenti:"Təhqir və söyüşdən siyasi mübarizə vasitəsi kimi istifadə heç kimə başucalığı gətirmir"

 

"Bu gün Avropada yaşayan azərbaycanlıların mütləq əksəriyyəti Azərbaycan dövlətinin ətrafında birləşib" 

Yenixeber.org: Bunu  Maqdeburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin (AAK) vitse-prezidenti Yaşar Niftəliyev deyib. 

Onun sözlərinə görə, təhqir və söyüşü siyasi mübarizə və təbliğat vasitəsi kimi istifadə etmək heç kimə başucalığı gətirmir: "Biz indi elə bir tarixi mərhələni yaşayırıq ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı dövlətinin, xalqının yanında olmalıdır. Bu baxımdan, bəzi soydaşlarımızın Azərbaycan əleyhinə xarici ölkələrdə apardığı kampaniya milli maraqlarımıza tamamilə ziddir". 

Y.Niftəliyev vurğulayıb ki, normal mühakimə qabiliyyəti, dünyagörüşü olan bütün insanlar bir qrup təxribatçının başladığı bu kampaniyanı qətiyyətlə pisləyir: "Bu qrupun fəaliyyəti bütün soydaşlarımızın etirazına səbəb olub. Azərbaycan ictimaiyyəti, eyni zamanda xaricdə yaşayan soydaşlarımız öz etirazlarını bildiriblər. Avropanın bir neçə şəhərində etiraz aksiyaları keçirilib. Hesab edirəm ki, bu etirazlar həmin qrupun fəaliyyətinə ictimaiyyətin reaksiyasını əks etdirir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam