Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Baba Rzayev:“Azərişıq” əməkdaşlarının əmək haqqı 2 dəfədən çox artırılıb”

 

 

“Azərişıq” ASC-nin balansına verilmiş Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən külək elektrik stansiyalarında təmir-bərpa işləri aparılır"

 

Yenixeber.org: Bunu Prezidentiİlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən səhmdar cəmiyyətinin sədri Baba Rzayev deyib.

Onun sözlərinə görə, almanların rəyinə baxmayaraq bu qurğular yayda istismara veriləcək: "Almaniyanın bu sahədə ixtisaslaşmış “Berlin VİND” şirkətinin mütəxəssislərinin rəyinə görə, həmin qurğuların ən yaxşı halda 18 aya istismara verilməsi bildirilsə də, tərəfimizdən ciddi tədbirlər görülməklə işlərin cari ilin avqustunda başa çatdırılması planlaşdırılır. Şəbəkəyə qoşulmalar əvvəllər 7 prosedur keçməklə 64 gün ərzində mümkün idisə, hazırda prosedurlar 3-ə endirilib və qoşulmalar 24 gün müddətində təmin olunur”.

“Azərişıq” rəhbəri həmçinin deyib ki, rəhbərlik etdiyi qurumda işçilərin əmək haqqı 2 dəfədən çox artırılıb: “Ötən müddət ərzində əməkdaşlarımızın iş şəraitinin yaxşılaşdırılması məqsədilə ən müasir texniki avadanlıqlarla təchiz olunmuş 29 ədəd ofis binası inşa edilib və işçilərin orta aylıq əməkhaqqı 320 manatdan 710 manata qədər artırılıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam