Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

ReAl partiyaya çevrildi –Təsis qurultayı Feysbukda keçirildi

 

1520369670_2Respublikaçı Alternativ Partiyasının (ReAl) təsis qurultayı keçirilib.

Yenixeber.org: ReAl-ın icraçı katibi Natiq Cəfərli deyib ki, “Facebook” sosial şəbəkəsində “Qurultay nümayəndələri” qrupu yaradılıb, təsis konfransı virtual olaraq burada keçirilib: “Biz qurultayın keçirilməsinə yer ayrılması üçün bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə, o cümlədən Bakıda fəaliyyət göstərən otellərə müraciət etsək də, müsbət cavab almamışdıq. Ona görə də alternativ variantdan istifadə etdik. Qurultayda 254 qurultay nümayəndəsi iştirak edib. Səsvermə ilə partiyanın təsis olunması və Nizamnaməsi, proqram sənədləri, atributları qəbul olundu. Daha sonra ReAl-ın qərargahında seçki məntəqəsi təşkil olundu, 184 qurultay nümayəndəsi səsvermədə iştirak etdi. Real səsvermə ilə, yəni seçki bülletenlərinin qutuya atılması yolu ilə hazırda həbsdə olan Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin sədri İlqar Məmmədov 183 səslə partiyanın sədri seçildi. İlqar Məmmədovdan başqa namizəd yox idi”.

O bildirib ki, qurultayda partiyanın Məclisi də formalaşıb: “Məclisdə 40 yer üçün 61 namizəd vardı. Bütün proses onlayn rejimdə qurultay nümayəndələrinə göstərilirdi. Partiya Məclisinə yerli Məclislərin də sədrləri daxil edilib, bunların sayı 18-dir. Proseslər film kimi çəkilib, bunun da təqdimatı olacaq”.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam