Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib -FOTO

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib -

 

Bu gün Bakıda Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Yenixeber.org: Respublika mərhələsinin yarımfinal turunda Bakı şəhəri üzrə 2 264 şagird iştirak edib. Bakı şəhəri üzrə yarımfinal turu 18, 32, 189-190 və 276 nömrəli tam orta məktəblərdə keçirilib.

Olimpiadaların Respublika mərhələsinin yarımfinal turunda IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə biliklərini sınayıblar. İnformatika fənni üzrə olimpiada isə aprelin 8-də Bakı Mühəndislik Universitetində təşkil olunacaq.

Bundan əlavə, bilik yarışında xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən VII, VIII sinif şagirdləri də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirib. Fənn olimpiadalarının yarımfinal turunda yuxarı nəticə göstərən şagirdlər final mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam