Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

135 jurnalist prezidentə etiraz məktubu yazdı

 

     İranda və xaricdə yaşayan 135 jurnalist İran prezidenti Həsən Ruhaniyə birgə məktub yazıb. Məktubda Həsən Ruhaninin ölkədəki jurnalistlərlə bağlı son bəyanatına etiraz bildirilib.

    "Xeberinfo.com": BMT Baş Məclisinin iclasına qatılmaq üçün ötən həftə Nyu-Yorka səfər edən Ruhani ABŞ-ın CNN telekanalına müsahibəsində ölkə zindanlarında məhbus jurnalistlərin olduğunu təkzib edib. Ruhani ölkədə jurnalistlərin təzyiqə məruz qoyulduğu, həbsə salındığı haqda sualın cavabında deyib ki, İran həbsxanalarında jurnalist yoxdur: “İranda kimsənin jurnalist fəaliyyətinə görə həbsdə saxlandığını güman etmirəm”.

“Media forum” saytının məlumatına görə, 135 jurnalistin birgə məktubunda deyilir ki, Həsən Ruhani prezident seçkisindən əvvəl verdiyi vədlərin heç birini yerinə yetirməyib, təkcə son bir ildə onlarla jurnalist həbsə salınıb: “Hazırda isə biz sizin CNN telekanalına müsahibənizdə İran zindanlarında məhbus jurnalistlərin olduğunu inkar etdiyinizi görürük. Sizin telekanala dediyiniz həqiqəti təhrif və inkar etməkdən başqa bir şey deyil. Baxmayaraq ki, vaxtilə siz özünüz ölkədə həqiqətin təhrif və inkar edilməsini tənqid edənlərdən biri idiniz.

Siz ölkə konstitusiyasının icrasına məsul olan bir şəxs kimi əvvəl verdiyiniz vədlərə əməl edərək jurnalistlərin durumunu yaxşılaşdırmağa çalışın və həqiqəti inkar etməkdən çəkinin. Nəzərə alın ki, hazırda ölkə zindanlarında saxlanan jurnalistlərin əksəri sizin hökumətiniz zamanında həbs edilib”.

Məktubu imzalayanlar arasında məşhur jurnalistlər Siyamək Qadiri, Nuşabə Əmiri, Ehsan Mehrabi, Hənif Məzrui, Əli Məzrui, Tuka Neyistani, Mana Neyistani, İsa Səhərxiz, Maziyar Bəhari və Şirzad Abdullahinin də adları var.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam