Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“AZƏRBAYCANI BMT-də ƏRİ ERMƏNİ OLAN RUSİYA VƏTƏNDAŞI TƏMSİL EDİRDİ”– İsfəndiyar Vahabzadə ŞOK fakt açıqladı

 

32c44cc69441

Yenixeber.org: Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadə “Yeni Müsavat”a müsahibəsində sensasiyalı fakt açıqlayıb.Onun sözlərinə görə, BMT-nin Avropa bölməsində səlahiyyətli nümayəndə kimi Azərbaycanı İsveçrədə Rusiya vətəndaşı, əri erməni olan bir xanım təmsil edib. Özü də Fransada erməni qəsəbəsində yaşayıb. Bu fakt Azərbaycan xarici siyasətinin hansı vəziyyətdə olduğunu ortaya qoyur. Əlavə şərh vermədən, müsahibənin həmin bölümünü  oxuculara təqdim edirik:

– Bir Zümrüd Yağmur var, mən heç tanımıram da o kimdir. Bir yazısını gördüm, bir cümləsi xoşuma gəlmədi. Yazır ki, Bəxtiyar Vahabzadə millətə atalıq edə biləcəyi təqdirdə övladlarına atalıq elədi. Bu, bir az yaxşı söz deyil. Əvvəla, Bəxtiyar Vahabzadənin iki oğlu var. Mən şərq fakültəsini bitirmişəm. 21 yaşında evdən çıxmışam və gedib İran İslam İnqilabında iştirak etmişəm. Ondan sonra gəlib 1-2 il komsomol işində çalışdım. Daha sonra Əfqanıstan müharibəsində oldum. Əgər Bəxtiyar Vahabzadəyə istinad edirlərsə, onda gərək ilk növbədə desinlər ki, bunun övladı Əfqanıstanda döyüşüb, “kontuziya” alıb, İran inqilabında olub. İran inqilabı elə-belə məsələ deyildi. Mən İranın Hərbi Nazirliyində işləmişəm. Sən əvvəlcə mənim keçdiyim yolları bil, ondan sonra danış! Elə dövr idi ki, mən Vahabzadə soyadını da götürməmişdim, imtina etmişdim ki, doktorluq müdafiə edəndə deməsinlər atasına görə edir. Bəxtiyar Vahabzadə oğlunu nazirmi elədi, yoxsa deputatmı seçdirdi, bəlkə icra başçısı qoydurdu?! Axı bu, mənim öz sahəmdir də. İndi siz fikir verin, mən şərq fakültəsini bitirmişəm, şərqşünas kimi İranda, Türkiyədə, Əfqanıstanda uzun müddət işləmişəm. Geri qayıdandan sonra gedib Türkiyədə diplomatik kurs bitirmişəm. Bir də Ali Partiya Məktəbində oxumuşam. İki ali diplomum var, mən gedib qaynaqçı işləməliyəm, yoxsa montyor? Yaxşı, bu sözü deyən qadın fikirləşmirmi ki, məndən əvvəl İsveçrədə həyat yoldaşı erməni olan Sima adlı biri işləyirdi? Niyə digərləri işləyəndə bunu yazmırlar, ancaq Bəxtiyar Vahabzadənin oğlu işləyəndə yazırlar? Mən səfir vəzifəsindən yuxarı qalxmamışam. Söhbət bundan gedir.

- Həmin Sima dediyiniz Azərbaycanı təmsil edirdi?

– Bəli. Mən əvvəlcə Pakistanda səfir işlədim. Oradan qayıdandan sonra İsveçrəyə – BMT-nin Avropa bölməsinə səlahiyyətli nümayəndə yolladılar. Məndən əvvəl Sima Eyvazova idi. Yaşlı adam idi, qaldı Fransada. Erməni qəsəbəsi var idi, Lyaroş, orada yaşayırdı. Ölməyindən, qalmağından xəbərim yoxdur. Özü də həmin bu Sima Rusiya vətəndaşı idi. Bunu heç kim heç yerdə demədi. Anası, əri erməni olandan danışan yox idi. Amma Vahabzadə gedəndən sonra dərhal dedilər ki, Bəxtiyar Vahabzadənin oğlu səfir getdi… Vahabzadənin oğlunun keçmişində nələr var? İran, Əfqanıstan, Türkiyə təhsili. Bunları niyə demirlər? Adama ağır gələn budur. Mən Vahabzadənin oğlu olduğum üçün deputatmı seçildim, nazirmi oldum, yoxsa icra başçısı qoydular?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam