Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Orta məktəbdə "Müəllimlər günü" qalmaqalı...

 

 

      Nazirlik: “Pul yığanlar vəzifəsindən çıxarılacaq...”

     "Xeberinfo.com": Binəqədi rayon Sulutəpə Qəsəbəsində şəhid Elşən Soltanov adına 217 saylı orta məktəbin direktorunun göstərişi ilə sinif rəhbərləri "Müəllimlər günü" ilə əlaqədar şagirdlərin hər birindən 20 AZN pul gətirməyi tələb ediblər. Bu barədə Qaynar.info-ya valideynlər məlumat veriblər.

    Onlar bildiriblər ki, problemlə bağlı Təhsil Nazirliyinin "Qaynar xətt"inə də müraciət edilib, ancaq hələ ki, heç bir nəticə yoxdur. 

    Şikayətçilər bildirirlər ki, sözügedən məktəbin direktoru Samux rayon İcra hakimiyyətinin başçısı Alı Qocayevin həyat yoldaşıdır. Belə ki, Alı Qocayev uzun müddət Binəqədi rayon İcra hakimiyyətinin başçısı vəzifəsini icra edib və həyat yoldaşını 217 saylı məktəbə direktor təyin etdirib. Ona görə də məktəbin direktoru ilə bağlı edilən şikayətlər nəticəsi qalır. 

Məsələ ilə bağlı məktəbin direktoru və hər hansı bir məsul şəxsi ilə əlaqə saxlaya bilmədik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qeyd edək ki, Təhsil Nazirliyi oktyabrın 5-də keçiriləcək “Müəllimlər günü” ilə bağlı pul yığılması haqda yayılan məlumatlara cavab verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Calehov özünün facebook hesabında bildirib ki, bu günlərdə "Müəllimlər günü" ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır: “Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan bizim 146 saylı "Qaynar xətt"imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq. Biz adı ilə müraciət etməyi öyrənməliyik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam