Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycan Gömrük İttifaqına qoşulacaqmı?

 

 

Xeberinfo.com: Avrasiya İqtisadi Birliyinə yeni üzv ölkələri qoşulacaq, inteqrasiyanın ilk cücərtiləri tezliklə hiss ediləcək” - bunu Rusiyamətbuatına Xarici İşlər naziri Serqey Lavrov deyib. Onun sözlərinə görə, Rusiya hüquq bərabərliyinin və qarşılıqlı qazancların əldə edilməsi üçün istənilən əməkdaşlığa hazırdır:Biz Çin, Hindistan, potsovet məkanı ölkələri ilə inteqrasiya layihələri reallaşdıracağıq. Avrasiya İqtisadi Birliyi artıq yaradılır. Ona artıq yeni ölkələr maraq göstərir və üzvlük tərkibi genişlənəcək. Proses uzun müddət vaxt aparacaq amma mən əminəm ki, tezliklə artıq bizim inteqrasiyamızın müsbət nəticələri hiss olunmağa başlanacaq.

Lavrov sonda Avrasiya İttifaqının yeni gücmərkəzi olacağını vurğulayıb.

Ekspertlər hesab edirlər ki, Lavrovun “Avrasiya İqtisadi Birliyinə yeni üzv ölkələri qoşulacaq” deyərkən həm də Azərbaycanı nəzərdə tutub.Onların fikrincə son günlər Azərbaycana edilən rəsmi səfərlər, görüşlər, qəbullar bunu deməyə əsas verir. Bundan əlavə son zamanlar Qərb institutlarına qarşı hücumlar belə deməyə əsas verir.

Ancaq politoloq Vəfa Quluzadə belə düşünmür. Onun sözlərinə görə, Lavrovun başqa bir açıqlaması bunun əksini sübut edir: “Lavrov bu gün (dünən-red) açıqlamalar verib ki, Amerikayla, Avropayla münasibətlərin tərəfdarıdır. Lavrov deyib ki, Rusiya sanksiya mühharibələrini istəmir. Rusiya istəyir ki, əlaqələr bərpa olunsun. Hiss olunur ki, Rusiya Ukrayna məsələsində öz məğlubiyyətini başa düşüb. Yol axtarır ki, düşdüyü birtəhər üzülü sulu çıxa bilsin. Rusiya bu vəziyyətdə sanksiyalardan çökür. Rusiya artıq tutduqlarından hiss olunur ki, peşmandır.Lavrov bəyan edib ki, əlaqələrin ikinci dəfə bərpa olunmasını çox arzu edirik. Bu cür vəziyyətdə Azərbaycan nə cür gedib çəkən dövlətin məlum olmayan bir ittifaqına daxil olsun. Hesab edirəm ki, bunun hamısı təxribatdır. Azərbaycan Avrasiya İttifaqına daxil ola bilməz. Əgər Azərbaycan belə bir addımı atsa baha başa gələr”.

Vəfa Quluzadənin fikrincə Avrasiya İttifaqına daxil olmazdan öncə bir neçə məsələyə diqqət etmək lazımdır: “Rusiya Ukrayna böhranındansalamat çıxır, yoxsa yox. Rusiya Gömrük İttifaqını yarada bilir, yoxsa yox? Üçüncüsü, Avropa İttifaqı Gömrük İttifaqıylıa əməkdaşlıq edəcək, yoxsa yox? Putinin palnı hiss olunur ki, batır. O, düşünürdü ki, Gömrük İttifaqında keçmiş Sovet Respublikalarını birləşdirib onların adından Avropayla ticarət əlaqələri quracaq, əməkdaşlıq edəcək. Bu tamamilə puç fikirdi. Ona da inanmıram ki, Gömrük İttifaqına hər hansı ölkə daxil ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam