Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İran və Ermənistan Azərbaycan əleyhinə anlaşır

 

 

   İran və Ermənistanın hökumətlərarası komissiyası Iran qazının Ermənistan üzərindən Avropaya nəqli ilə bağlı razılıq əldə ediblər

 "Xeberinfo.com": Bu barədə “Nezavisimaya qazeta” nəşri yazıb. Məlumata görə, sanksiyalar aradan qaldırılacağı təqdirdə Iran Ermənistandan tranzit kimi istifadə edəcək. Iki ölkə arasında müxtəlif iqtisadi sahələr üzrə əməkdaşlıq planları da hazırlanır. 

Iranın Ermənistandakı səfiri Məhəmməd Rəis iki ölkənin Iran qazının Qərbə nəqlilə bağlı görüşlər keçirdiyini bildirib. Nəticədə Ermənistan Türkiyə-Azərbaycan blokadasından xilas olacaq, Iran isə Qərbə yol tapacaq.

Iranla Ermənistan arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına Azərbaycanın necə reaksiya verəcəyi maraq doğurur. Iran rəsmilərinin Azərbaycanı özünə dost və qardaş ölkə olduğunu dəfələrlə bəyan etmələrinə baxmayaraq, Türkiyədən fərqli olaraq Iran Ermənistanı blokadada saxlamaq siyasətinə qoşulmadı. Amma hər bir halda Irana qarşı Qərbin yumşalmasından sonra Bakı-Tehran münasibətləri də normallaşıb. Hazırda, demək olar, hər həftə Azərbaycan hakimiyyətinin bir naziri Irana səfər edir. Səfərlərdə məqsəd isə sanksiyaların götürülməsindən sonra Iranın Qərbə inteqrasiyasında yardımçı olmaqdır.

Belə olan halda Iranın son mövqeyinə Azərbaycan hakimiyyəti hansı reaksiyanı verməlidir?

Vəfa Quluzadə: «İran belə bir qərar veribsə, Azərbaycanın etirazı bir nəticə verməyəcək»

Politoloq Vəfa Quluzadə hesab edir ki, Iran belə bir qərar veribsə, Azərbaycanın etirazı nəticə verməyəcək. Azərbaycanın Irana ciddi təsir imkanının olmadığını deyən V.Quluzadə vurğuladı ki, Irandan fərqli olaraq Azərbaycanın Türkiyəyə təsir rıçaqı var: “Qarabağ məsələsində türk xalqı bizimlədir. Əgər Türkiyə iqtidarı maraqlarımızın ziddinə olaraq ermənilərlə əməkdaşlıq etmək istəsə, biz türk xalqına arxalana bilərik. Iranda isə belə faktor yoxdur. Baxmayaraq ki, Iranda 30 milyon azərbaycanlı yaşayır. Bu azərbaycanlıların heç bir hüququ yoxdur”.

Qərbin Iranın təbii resurslarının Ermənistan vasitəsilə nəqli haqqında düşünərkən bir neçə faktora diqqət yetirməli olduğunu deyən V.Quluzadə hesab edir ki, müharibə şəraitində olan ölkənin ərazisindən neft kəməri çəkmək ağılsızlıqdır. “Ona görə mən inanmıram ki, Iran belə bir addım ata. Bu özü riskli addımdır. Onu da istisna etmək lazım deyil ki, bu məlumat Rusiya və ya Ermənistan tərəfindən dövriyyəyə buraxıla bilər. Digər tərəfdən, ideya gerçəkliyə yaxın olsa belə, Iran neft kəmərini Rusiyanın nəzarətinə heç zaman verməz”, deyə V.Quluzadə vurğuladı. 

Zahid Oruc: «Ermənistanı möhkəmləndirmək xətti Iranın xarici siyasətinə uyğun deyil»

Millət vəkili Zahid Orucun fikrincə, yayılan məlumatın daha bir neçə rəsmi mənbədən dəqiqləşdirilməsinə ehtiyac var. Belə bir layihənin reallaşacağına inanmayan Z.Oruc bildirdi ki, Ermənistan Iran-Azərbaycan əlaqələrinin yaxşılaşmasından narahatdır. O üzdən bu tip məlumatları yaymaqla məşğuldur: “Ermənistanı möhkəmləndirmək xətti Iranın xarici siyasətinə uyğun deyil. Mən dəfələrlə Iran rəsmiləri ilə görüşüm zamanı Iran-Ermənistan münasibətləri ilə bağlı ictimaiyyətimizdə gündəmdə olan sualları verirəm. Onların cavabı hazırkı duruma da gözəl cavab verir. Iran təmsilçiləri bildirirlər ki, onlar Azərbaycanla əlaqələrdə 10 faiz imkanlarını səfərbər edirlərsə, Ermənistanla münasibətlərə yalnız 1 faiz ayrılır”.

Xəyal

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam