Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Azərbaycan güləşçiləri Türkiyədə 20 medal qazanıblar

 

Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşçiləri Türkiyənin Gebze şəhərində keçirilən yeniyetmələr arasında 21-ci Zəfər Kubokunda 20 medal qazanıblar

 

Yenixeber.az Beynəlxalq turnirin yekununda ümumilikdə 7 qızıl, 5 gümüş və 8 bürünc medal əldə olunub.

Sərbəst güləşçilərdən Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq), Turan Bayramov (65 kq) qızıl, Fuad Mayılov (80 kq), İslam Abuyev (110 kq) gümüş, Riyad Aslanov (51 kq) və Sabir Cəfərov (60 kq) bürünc medal qazanıblar.

Azərbaycanın sərbəst güləş yığması komanda hesabında ikinci olub. Türkiyə birinci, Rusiya kollektivi isə üçüncü nəticə göstərib.

Qızlardan ibarət milli də komanda hesabında ikinci yeri tutub. Türkiyə birinci, Rumıniya isə üçüncü olub. Birgül Sultanova (57 kq), Jalə Əliyeva (61 kq) Nigar Mirzəzadə (65 kq) qızıl, Şahanə Nəzərova (43 kq) gümüş, Ayşən Yusifova (46 kq), Sevinc Əhədova (49 kq) və Elnurə Məmmədova (61 kq) bürünc medal əldə ediblər. 

Yunan-Roma güləşçilərinin yarışında Həzrət Cəfərov (51 kq) qızıl, Qurban Qurbanov (45 kq), Röyal Mirzəliyev (51 kq) gümüş, Murad Abbasov (55 kq), Ruslan Hədisov (65 kq) və Laçın Vəliyev (92 kq) bürünc medalla əldə ediblər.

Komanda hesabında Türkiyə birinci, Gürcüstan ikinci, Azərbaycan isə üçüncü olub.

Qeyd edək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziyalar Avropa çempionatında qazanılacaq. Yunan-Roma güləşi üzrə 45 kq, 51 kq, 60 kq, 71 kq və 92 kq, sərbəst güləş üzrə 48 kq, 55 kq, 65 kq, 80 kq və 110 kq, qadın güləşi üzrə 43 kq, 49 kq, 57 kq, 65 kq və 73 kq çəkilərdə çempion olacaq güləşçilər olimpiadaya birbaşa vəsiqə əldə edəcəklər. Reqlamentə əsasən, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə güləşin istənilən növündə maksimum 2 idmançı ilə təmsil oluna bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam