Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qəbul imtahanı keçiriləcək-Rezidenturaya

 

Rezidenturaya qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 1-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.
Yenixeber.org: DİM-dən verilən məlumata görə, rezidenturaya qəbul imtahanı Bakışəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11-00-da başlanacaq, 2 saat 30 dəqiqə davam edəcək.

Qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 15 dən 22-dək aparılıb. İmtahanda iştirak üçün 1092 namizəd ərizə təqdim edib. Onlardan 931 nəfər Azərbaycan bölməsi, 161 nəfər rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 398 nəfəri oğlan, 694 nəfəri isə qızlardır. Namizədlərdən 460-ı cari ilin, 632-si isə əvvəlki illərin məzunlarıdır, 6 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 11 imtahan rəhbəri, 98 nəzarətçi-müəllim cəlb olunacaq.

Ərizə vermiş namizədlər imtahanda iştirak etmək üçün martın 27-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:


- Şəxsiyyəti təsdiqləyən sənədin əsli

- “İmtahana buraxılış vərəqəsi”

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam