Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Su hövzələrinə buraxılan qızılbalıqların sayı azaldılacaq

 

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Qəbələ qızılbalıq yetişdirmə zavodu 2018-ci ildə su hövzələrinə 57 minə yaxın balıq buraxmağı planlaşdırır

 

Yenixeber.org: Bunu müəssisənin baş balıq mütəxəssisi Səfayət Qaçayeva deyib.

S.Qaçayevanın sözlərinə görə, ötən il bu rəqəm 60 minə yaxın olub. Bu göstərici dövlət planının icrasını 5 faiz üstələyib.

2014-cü ildə su hövzələrinə 48300, 2015-ci ildə 57500, 2016-cı ildə 63840 balıq buraxılıb. Son 18 il ərzində zavod 900 minə yaxın balığı su hövzələrinə buraxıb.

Qeyd edək ki, 1956-cı ildən fəaliyyət göstərən zavodda hazırda qızılbalıq və forel yetişdirilir. Daha sonra bu balıqlar Xəzər dənizinə, Kür çayına və digər kiçik su hövzələrinə buraxılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam