Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Goranboyda 37 il həbs cəzası yaşamış şəxs oğurluğa görə saxlanılıb

 

 

Goranboy rayonunda mal-qara oğurlayan şəxs tutulub

 

Yenixeber.org: Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun Borsunlu kəndində ümumi dəyəri 5 min 200 manat olan 4 baş iribuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb. Belə ki, həmin kəndin sakini olan, 1961-ci il təvəllüdlü Etibar Qarayev Ələddin oğlu martın 20-də həmkəndlisinin həyətyanı səhəsində yerləşən tövlədən mal-qaranı oğurlayaraq onları satmaq istəyib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində E.Qarayev saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, saxlanılan şəxs keçmiş məhkumdur və ümumilikdə 37 il həbs cəzası yaşayıb.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam